Gündəm

Ermənistan tərəf itkilərini etiraf etdi - adlar

29-12-2016, 16:53
Ermənistanın Müdafiə Nazirliyi qoşunların cəbhə xəttində məhv edilmiş erməni hərbçilərinin adlarını açıqlayıb. 

Musavat.com bununla bağlı işğalçı ölkənin Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir. Məlumata görə, baş leytenant Şavarş Melikyan, sıravi əsgərlər Edqar Narayan və Erik Abovyan Azərbaycan ordusunun cavab tədbirləri nəticəsində məhv edilib.

Ermənilərin iddiasına görə, əsgərlər yuyunduğu zamanı onlara atəş açılıb. Köməyə gələn zabit isə yerindəcə güllələnib.

Erməni mətbuatı Azərbaycan kəşfiyatçısının meyidinin onlarda qaldığını da iddia edib.

Elşad
Musavat.com
***
Cəbhədə savaş xəbərinə Vaqif Dərgahlı reaksiya verib:

Cəbhədə hər hansı hərbi toqquşma ilə bağlı rəsmi məlumat yoxdur. Əgər belə bir hal baş verərsə, Müdafiə Nazirliyi məlumatı rəsmi kanallar vasitəsilə yayacaq.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı TASS agentliyinə açıqlamasında deyib.

Qeyd edək ki, bu gün Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ohannisyan Azərbaycan-Ermənistan sərhədinin şimal-şərq istiqamətində hərbi toqquşmaların hazırda davam etdiyini bildirib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]