Kriminal

ŞOK: Azərbaycanlı qadınları fahişəliyə cəlb edən silahlı dəstə yaxalandı - FOTO

29-12-2016, 01:25
ŞOK: Azərbaycanlı qadınları fahişəliyə cəlb edən silahlı dəstə yaxalandı - FOTO

Türkiyədə hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı xaricdən gələn qadınları fahişəliyə cəlb edən 15 nəfərdən ibarət dəstə saxlanılıb.

Xeberman.com Türkiyə mətbuatına istinadən xəbər verir ki,  əməliyyat Mərsin şəhərinin Anamur qəsəbəsində həyata keçirilib.

Dəstə Azərbaycan, Gürcüstan və Qırğızıstanda işsiz xanımları xaricdəki cinayət ortaqları vasitəsi ilə aldadıblar.

b_550_325_16777215_00_images_xeber_sekilleri_15dekabr2016_55555555555555555555555555555.jpg

Cinayətkar qrup üzvləri işsiz xanımlara Türkiyədə baxıcılıq və xadimə işləri təklif ediblər. Heç nədən xəbərsiz işsizlər bu təklifləri qəbul edib. Daha sonra qadınlar dəstəyə məxsus avtomobillərlə Türkiyəyə aparılıb. Onlar Türkiyəyə çatdıqdan sonra əslində ölkədən fahişəlik üçün çıxarıldıqlarını biliblər. Dəstə üzvləri Türkiyəyə aldadıb apardıqları qadınları fahişəliyə məcbur ediblər.

b_550_325_16777215_00_images_xeber_sekilleri_15dekabr2016_66666666666666666666666666666666666666666666.jpg

Amma polisinin apardığı 4 aylıq araşdırma nəticəsində cinayətkar dəstənin əməlləri ortaya çıxıb. Polisin Anamur qəsəbəsində 17 ayrı ünvanda keçirdiyi əməliyyat nəticəsində biri gürcü olmaqla 15 nəfər saxlanılıb.

Onların evlərinə baxış zamanı 1 sənətsiz tapança, 18 tapança darağı, 1 sənəd, hər qadın üçün ayrı hesab və qeyd dəftəri, çox sayda cinsi hissi gücləndirən dərmanlar və nağd pul aşkar edilərək götürülüb. Polislər həmçinin insan alverninin qurbanı olan, çarəsiz vəziyyətdə fahişəliyə cəlb edilən 11 nəfəri xarici  olmaqla 12 qadını saxlanıldıqları evdən qurtarıblar. 

b_550_325_16777215_00_images_xeber_sekilleri_15dekabr2016_5555555555555555555555555555555555555555555555555.jpg

Qadınlardan biri dəstə üzvlərinin «jandarma və polis sizə zərər» verər sözündən qorxaraq qaçmaq istəyib. Evin balkonundan tullanan çarəsiz qadın ayağını qırıb.

Saxlanılan dəstə üzvləri barədə araşdırmalar davam etdirilir. Fahişəliyə cəlb edilən qadınların deportasiyası üçün işlər aparılır.  

Administratorla əlaqə

077 611-55-22

[email protected]