Siyasət

KXCP – İranın Bakıdakı səfirliyi qarşısında etiraz piketi keçirəcək.

27-12-2016, 02:01

KXCP – İranın Bakıdakı  səfirliyi qarşısında etiraz piketi keçirəcək.Xeberman.com-a Klassik Xalq Cəbhəsi Partiyasında mətbuat xidemətindən verilinən məlumata görə, 26 dekabr 2016-cı ildə, Klassik Xalq Cəbhəsi Partiyasının İdarə Heyətinin növbəti yığıncağı keçirilmişdir. Yığıncaqda qərarların icra vəziyyəti, ictimai – siyasi vəziyyət, qarşıda duran vəzifələr və cari məsələlər müzakirə olunmuş, müvafiq qərarlar qəbul edilmişdir.

İdarə Heyətinin toplantısında, 25 dekabr 2016-cı il müxalifət partiyalarının keçirdiyi "vəziyyətimiz və vəzifələrimiz” tədbirinin nəticələri müzakirə olundu. Müzakirə zamanı deyilənlərin nəzərə alınması haqda qərar qəbul edildi.

İdarə Heyətinin toplantısında, KXCP Ali Məclisinin 24 dekabr 2016-cı ildə keçirilən sessiyasının nəticələri müzakirə edildi.

KXCP İdarə Heyətinin yığıncağında - 31 dekabr Dünya Azərbaycan Türklərinin həmrəylik günü ilə bağlı, 31 dekabr 2016-cı il saat 12:00-da Milli Azadlıq Hərəkatının Lideri Əbülfəz Elçibəyin ziyarət edilməsi və saat 13:00-da İranın Bakıdakı səfirliyi qarşısında Güney Azərbaycan Türklərinin hüquqlarının pozulmasına etiraz piketinin keçirilməsi qərara alındı.

KXCP İdarə Heyəti Dünya Azərbaycan Türklərinin Həmrəylik Günü münasibəti ilə bütün soydaşlarımızı təbrik etmək haqqında qərar qəbul etmişdir.

İdarə Heyətinin yığıncağında, 31 dekabrda Bakıda nəzərdə tutulan atəş – fəşanlıq və çal-çağır tədbirlərinin Bakı şəhər İcra Hakimiyyəti tərəfindən keçirilməsi müzakirə edildi və pislənildi.

KXCP İdarə Heyəti, son günlər hakimiyyətin məsuliyyətsizliyinin nəticəsi olaraq, dənizdə faciəli şəkildə həlak olan neftçilərimizin 40-ı çıxmamış, ölkədəki acınacaqlı iqtisadi böhranın, qazın və elektrik enerjisinin qiymətlərinin qaldırılmasını bayram edən hakimiyyətə etiraz edir və onu ağıllı olmağa çağırır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]