Siyasət

Netanyahu BMT-də İsrail əleyhinə səs verən ölkələrin səfirlərini topladı

25-12-2016, 18:59
İsrailin baş naziri Binyamin Netanyahunun göstərişi ilə BMT Təhlükəsizlik Şurasında yəhudi dövlətindən Fələstin torpaqlarında məskənsalma siyasətinə dərhal son qoymağı tələb edən qətnamənin lehinə səs verən ölkələrin səfirləri iclasa çağırılıb.

"Report" bildirir ki, bu barədə İsrailin hökumət rəhbərinin dəftərxanası məlumat yayıb.

"Söhbət İsrail ilə diplomatik əlaqələri olan üç dövlətdən gedir", - deyə məlumatda bildirilir.

Virtualaz.org xatırladır ki, BMT Təhlükəsizlik Şurası dünən İsraildən Fələstin ərazilərində yaşayış məskənlərinin inşasına son qoymağı tələb edən qətnamə qəbul edib.

Sənəddə o da qeyd edilir ki, tərəflər dinc əhaliyə qarşı zorakılıq aktlarının qarşısını almaq üçün addımlar atmalı, Fələstinin yekun statusu ilə bağlı etibarlı danışıqların başlamasına səy göstərməlidirlər.

Qətnamənin lehinə Təhlükəsizlik Şurasının 14 üzvü səs verib.

Onu da xatırladaq ki, İsrail qətnaməni icra etməyəcəyini bəyan edib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]