Maraqlı

Universiteti yarımçıq qoyan 11 məşhur

25-12-2016, 15:14
Universiteti yarımçıq qoyan 11 məşhur

Dünyanın bir çox tanınmış siması gənc yaşlarında universitetdəki təhsillərini yarımçıq qoyub, karyera arxasınca qaçıb. 

Xeberman.com axşam.az-a istinadla həmin məşhurları təqdim edir:

Mark Zukkenberq

Əgər "Facebook” ölkə olsaydı dünyanın ən çox əhalisinə sahib 3-cü böyük dövlət olardı. Bu "ölkə”nin qurucusunu demək olar ki, bütün dünya tanıyır. O, yaratdığı saytın sürətlə böyüməsi işini ləngitməmək üçün oxuduğu Harvard Universitetini tərk edib.

Maykl Del

Dünyaca məşhur "Dell” şirkətinin yaradıcısı Maykl Ostin Texas Universitetində diplom almağı gözləmədən təhsilini yarıda qoyub.

Paul Allen

Bil Qeytslə birgə "Microsoft” şirkətinin qurucularındandır. İş dünyasına atılmaq üçün Vaşinqton Dövlət Universitetində 2 il oxuduqdan sonra oranı tərk edib.

Bil Qeyts

Paul Allendən yazıb onun "tənbəl” yoldaşından bəhs etməmək olmaz. Çoxlarının arzusunda olduğu universitetin diplomundan imtina edib. Bəli, bu Harvard Universiteti idi.

Laurans Elison

"Oracle”ın sahibi ögey anasını itirdiyi üçün baş tutan yekun imtahana gedə bilməyib və İllinois Dövlət Universitetindəki təhsili bununla da yarıda qalıb. Bugün Amerikanın ən varlı insanlarından biridir.

Met Deymon

O, isə hər hansısa bir proqramı yaratmaq üçün deyil, sadəcə xəyallarının arxasınca aktyor olmaq üçün Harvardı tərk edib.

Stiv Cobs

Oreqonda "Reed College”də bir müddət təhsil alan məşhur "Apple”i yaratdıqdan sonra oranı tərk edib.

Stiven Spilberq

Dünyaca məşhur rejissor Stiven da Kaliforniya Dövlət Universitetini tərk edənlər sırasındadır. Lakin, 31 ildən sonra verə bilmədiyi kredit borcuna görə prinsipə düşərək diplomunu ala bilib.

Aşley Cud

Gözəl aktrisa Cud Kentuki Universitetinin fransız dili və ədəbiyyat fakültəsini aktrisalıq kariyerasına görə tərk edib.

Oliver Stoun

Hər kəsin sevdiyi məşhur rejissor Yell Universitetindən baş götürüb qaçıb. Amma bunun səbəbi film deyildi. Vyetnam müharibəsində iştirak etmək üçün ABŞ ordusuna yazılmaqla universitet təhsilini yarımçıq qoyur.

Denzl Vaşinqton

Məşhur aktyor yay tətilində çalışaraq pul qazanmaq üçün Fordham Universitetindəki təhsilini yarıda qoyub.

Administratorla əlaqə

077 611-55-22

[email protected]