Siyasət

BMT baş katibi Pan Qi Muna qarşı rüşvət iddiası - 200 min dollar

24-12-2016, 23:31
Səlahiyyət müddəti başa çatan BMT baş katibi Pan Qi Mun 2005-ci və 2007-ci illərdə ümumilikdə 200 min dollardan çox məbləğdə rüşvət almaqda ittiham olunur. Baş katibin özü bu ittihamları rədd edib.
 
APA-nın "SBS News”-a istinadən verdiyi xəbərə görə, Koreyanın "Sisa Journal” nəşrinin məlumatına əsasən, Pan Qi Mun 2005-ci ilin  yazında Koreyada səfərdə olan Vyetnam XİN rəhbərinin şərəfinə təşkil edilmiş ziyafət zamanı 200 min dollar rüşvət alıb.  
 
O zaman Koreya XİN rəhbəri və xarici ticarət vəzifəsində çalışan Pan Qi Mun Vyetnam nümayəndə heyətini qəbul edib. Məlumata görə, nümayəndə heyətinin üzvü "Taekwang” şirkətinin sahibi Pak En Ça rəsmi qəbuldan bir saat əvvəl XİN-in iqamətgahına gedərək Pan Qi Muna 200 min dollar məbləğində rüşvət verib.    
 
KİV-lər iddia edirlər ki, Pan Qi Munun adı Pak En Çanın qeyd kitabçasında iki yerdə yer alıb.  BMT baş katibinin adının qarşısında müəyyən məbləğlərin qeyd olunduğu bildirilir. Həmin sahibkarın artıq BMT baş katibi vəzifəsində çalışan Pan Qi Muna 2007-ci ildə Nyu-Yorkda daha 30 min dollar rüşvət verdiyi qeyd olunur.
 
Pan Qi Mun və Pak En Ça ittihamları rədd ediblər. Pan Qi Mun  Pak En Ça adlı şəxsi ümumiyyətlə tanımadığını iddia edir. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]