Gündəm

Hüquq müdafiəçisinin qardaşı polisdə işgəncəyə məruz qalıb

24-12-2016, 23:24
Xeberman.com-un verdiy məlumata görə, hüquq müdafiəçisi, keçmiş siyasi məhbus Taleh Xasməmmədovun qardaşı Valeh Xasməmmədov Göyçay rayon polis şöbəsinin əməkdaşları tərəfindən zorakalığa və işgəncəyə məruz qalıb. Bu barədə məlumatı Taleh Xasməmmədov öz Facebook səhifəsində yayıb. Məlumatda deyilir; "Dünən saat 22-30 radələrində Göyçay RPŞ-nin polis patrul xidmətinin 4 nəfər əməkdaşı qardaşım Valeh Xasməmmədovu qanunsuz olaraq zorla polis şöbəsinə aparıblar. Onun sözlərinə görə polislər patrul maşınını saxlayıb əvvəlcə ona hücum ediblər, sonra döyərək zorla avtomobilə əyləşdiriblər. Həmin vaxt V. Xasməmmədovun 2 barmağı avtomobilin qapısı arasında qalaraq sınıb. Polisə qanunsuz aparılmasına, döyülməsinə etiraz edən V. Xasməmmədov şüşe ilə əlinə, qoluna və s. bədən üzvlərinə xəsarət yetirib, sonra huşunu itirib. Sehərə qədər Göyçay RPŞ-nin Müvəqqəti Saxlama Yerində saxlanılan Valehə heç bir tibbi yardım göstərilməyib. Yaralarına görə çoxlu qan itirib, barmaqları sınıb. Polis Şöbəsindən Valehə bildiriblər ki, "sən nə vaxtsa Günel adlı bir qadını döymüsən, səni həbs edəcəyik". V. Xasməmmədov elə bir qadını tanımadığını və bu işin polisin quraması olduğunu bildirib. Bu gün bir çox təzyiqlərlə üzləşən qardaşımın vəziyyəti pisləşdiyindən polis əməkdaşları onu müvəqqəti olaraq sərbəst buraxıblar. Tekrar dindirilməsi üçün 1-ci gün polis şöbəsinə gelməsini tələb ediblər. V. Xasməmmədovun polis tərəfindən saxlanması barədə ailə üzvlerimizə xəbər verməyiblər. Hadisədən indi xəbər tutmuşam. Hal-hazırda baş verənlərə görə şokdayam. Bu hadisənin nəyə və kimə görə baş verməsi məni çox düşündürür. En böyük ehtimal bu mənə göndərilmiş bir mesajdır. Amma unutmasınlar ki, onlar üçün ən böyük baş ağrısı Xasməmmədovlar ailəsi tərəfindən olacaq." Xatırladaq ki, Taleh Xasməmmədov 2 dəfə həbs həyatı yaşayıb. Yerli və beynəlxalq təşkilatlar onu siyasi məhbus elan edib. Əldə etdiyimiz məlumata görə o, həbsdən azad olunduqdan sonra da yerli polis şöbəsi onun fəaliyyətini nəzarət altında saxlayır və onunla bağlı süni şikayət ərizələri və şikayətlər toplayır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]