Foto Fakt

Dəniz Administrasiyasında tvinninq layihəsi çərçivəsində keçirilən təlim başa çatıb FOTO

24-12-2016, 01:22

Dəniz Administrasiyasında tvinninq layihəsi çərçivəsində keçirilən təlim başa çatıb FOTOAzərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasında "Azərbaycan Respublikasında dəniz nəqliyyatı sahəsində məsuliyyətin artırılmasında Dövlət Dəniz Administrasiyasına dəstək” adlı tvinninq layihəsi çərçivəsində keçirilən təlim başa çatıb.

Xatırladaq ki, bu təlim, "Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” 1978-ci il tarixli Beynəlxalq Konvensiyanın tələbləri əsasında, Beynəlxalq Dəniz Təşkilatının "Dənizçilərin bilik və bacarığının yoxlanılması, qiymətləndirilməsi və onlara sertifikat verilməsi” adlı kursuna uyğun olaraq həyata keçirilir.

Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətindən Xeberman.com-a verilən məlumata görə, təlim zamanı bilik və bacarığın yoxlanılması, qiymətləndirilməsi və sertifikatların verilməsi üzrə prosedurları haqqında məlumat verilib. 2015-ci ilin 16 noyabr tarixindən həyata keçirilən tvinninq layihəsi, Azərbaycanda dəniz üzgüçülüyünün təhlükəsizliyi və dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması ilə əlaqədar beynəlxalq konvensiyalarda nəzərdə tutulan məsuliyyət prosedurlarının həyata Dəniz Administrasiyasında tvinninq layihəsi çərçivəsində keçirilən təlim başa çatıb FOTOkeçirilməsində və tətbiqi məsələlərində Dövlət Dəniz Administrasiyasının potensialını gücləndirmək məqsədi daşıyır. Qeyd edilən kurslarda Dövlət Dəniz Administrasiyasının əməkdaşları ilə yanaşı, Azərbaycan Dövlət Dəniz Akademiyasının nümayəndələri, SOCAR-ın Tədris, Təlim və Sertifikatlaşdırma İdarəsinin Dənizdə İnsan Həyatının Mühafizəsi üzrə Təlim Mərkəzi, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti və onun Təlim mərkəzinin, "AZPİLOT LLC”, "Occupational Training İnstitute” Təlim mərkəzlərinin əməkdaşları iştirak edib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]