Dünya

Məhbuslar həbsxana korpusunu ələ keçirdi - Üsyan

23-12-2016, 02:56
Böyük Britaniyanın Kent qraflığında 50-dək məhbus üsyan qaldıraraq həbsxana korpusunu ələ keçiriblər. 

APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident Şeşi adasındakı "Swaleside” həbsxanasında baş verib. "Sky News”-ün məlumata görə, hazırda iğtişaşlar davam edir. İnsident nəticəsində xəsarət alanların olub-olmadığı barədə xəbər verilmir.
 
Qeyd edək ki, dekabrın 16-da Birmingem qraflığındakı həbsxanalardan birində saxlanılma şəraitindən narazı olan 600-dək məhbus üsyan qaldırıb.  

Administratorla əlaqə

077 611-55-22

[email protected]