Gündəm

Axtarış-xilasetmə Qərargahının məlumatı

20-12-2016, 23:27
Axtarış-xilasetmə Qərargahının məlumatı

İtkin düşən neftçilərin axtarışı ilə bağlı qərargahın rəhbər heyət üzvləri hadisə yerində olub.

Qərargahdan  Xeberman.com-a verilən məlumata görə, "Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2016-cı il tarixli Sərəncamına əsasən Dövlət Dəniz Administrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Dekabrın 20-də axtarış–xilasetmə qərargahının rəhbər heyət üzvləri hadisə yerində olub, həyata keçirilən xilasetmə tədbirləri ilə yaxından tanış olublar. Qərargahın rəhbər heyət üzlərinin verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq, hadisənin baş verdiyi rayonda hava şəraiti, küləyin, sualtı və suüstü axıntıların istiqaməti, sürəti bir daha təhlil olunub və axtarış-xilasetmə zonasının daha da genişləndirilməsi barədə qərar qəbul edilib. Axtarış–xilasetmə əməliyyatlarının uzunluğu 125 kilometr, eni isə 108 kilometr olan geniş ərazidə həyata keçirilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]