İqtisadiyyat

Dollar bu gün neçəyədir? - rəsmi valtuya məzənnələri

19-12-2016, 11:47
Dollar bu gün neçəyədir? - rəsmi valtuya məzənnələriAzərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
 
AMB-dən Xeberman.com verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi dekabrın 16-sı ilə müqayisədə dəyişməyərək 1,7525 manat təşkil edib.
 
Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,32% möhkəmlənərək 1,8335 manat olub.
 
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 0,7% ucuzlaşaraq  0,0282 manata enib.
 
Türkiyə lirəsinin məzənnəsi 0,28% möhkəmlənərək 0,4997 manat təşkil edib.
 
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1866 manatdır. Beləliklə, funt sterlinqin 0,46%-lik artım baş verib.
 
Gürcüstan larisinin məzənnəsi isə 0,64% geriləyərək 0,6497 manat olub.

Administratorla əlaqə

077 611-55-22

[email protected]