Kriminal

Azərbaycanda məmur tərəfindən zorlanan qadının atası həbs olundu

18-12-2016, 23:44
Azərbaycanda məmur tərəfindən zorlanan qadının atası həbs olunduGünel Süleymanova killerə H.Qasımov tərəfindən zorlandığını deyib və qisas məqsədi ilə onu qorxutmasını istəyib

Bakıda keçən il baş vermiş güllələnmə hadisəsi ilə bağlı məhkəmə prosesi başlayıb.HERXEBER.COM musavat.com-a istinadən xəbər verir ki, Bərdə rayon İcra Hakimiyyətinin keçmiş işçisi Hüseyn Qasımovun Binəqədi rayonu ərazisində güllələnməsini sifariş verən qadın və onunla birlikdə sifarişi yerinə yetirən Ramil Hüseynli hakim qarşısına çıxarılıb. Həmçinin bu iş üzrə daha üç nəfər təqsirləndirilərək həbs edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Damir Əliyevin sədrliyi ilə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Məlum olub ki, hadisə ilə bağlı sifarişçi Günel Seleymnovanın atası Rasim Süleymanov da həbs edilib. Digər həbs edilən şəxslər isə Həsənov Ramin və Kübarov Kübardır.




Günel Süleymanova cinayəti sifariş verdiyini etiraf edərkən killer kimi razılaşdığı Ramil Hüseynliyə Qasımov tərəfindən zorlandığını deyib və qisas məqsədi ilə onu qorxutmasını istəyib.

"Dedim ki, o adamı qorxut, mənə belə-belə edib. Evinin yerini göstərdim. Dedi, məndə silah var, ordan-burdan ataram, qorxar”- deyə G.Süleymanova deyib. Ramil Hüseynli isə ifadəsində fərqli fikir bildirib və Günelin ona pul verməli olan şəxsi qorxutmasını istəyib. O da müəyyən olunub ki, Ramil Hüseynli bu işi həyata keçirmək üçün Güneldən külli miqdarda pul istəyib, o da buna razılıq verib və pulun bir hissəsini alıb.

Məhkəmədə məlum olub ki. R.Hüseynli əvvəllər adam oğurluğuna görə 12 il həbsxanada yatıb.

Qeyd edək ki, Günel Süleymanova və həyatına qəsd edilən Qasımov qonşu olublar. Qasımovun oğlunun məhkəmə işi ilə əlaqədar Günel məsələni həll edəcəyinə söz verərək, külli miqdarda pul alıb. O, dələduzluq yolu ilə əldə etdiyi pulu mənimsəyib və işi həll etməyib. Əks tərəfin təkidindən bezən Günel Süleymanova onu aradan götürmək üçün killer tutub. Məhkəmə prosesində prokuror cinayət işi ilə tanış olmaq üçün vaxt istəyib. Məhkəmə prosesi dekabrın 21-də davam etdiriləcək.

Administratorla əlaqə

077 611-55-22

[email protected]