Texnologiya

İnternet necə ixtira edildi?

18-12-2016, 16:00
İnternet necə ixtira edildi?
Hazırda milyardlarla cihaz internetə qoşulur və işlərimizi online görə bilirik. Bəs internet necə icad edildi? Tarixçəsi nədir?

Günümüzdə internetin ölçüsünü bilə bilmirik. Beləki, istifadə etdiyimiz IPv4 texnologiyası 4 milyard cihaza internetə qoşulmaq icazəsi verir lakin yaxın zamanlarda bu, köhnə bir texnologiya olaraq qalmaq üzrədir. IPv6-ya keçilməsi an məsələsidir, üstəgəl2030-cu illərdə 50 milyard cihazın internetə qoşulacağı güman edilir. Ancaq ilk kompüter şəbəkəsində sadəcə 42 kompüter mövcud imiş!


Bu qədər inkişaf etmiş olmasına baxmayaraq internetin tarixi çox da köhnə deyil. İlk olaraq ARPANET adlı, hərbi bir layihə olaraq kompüterlərin bir-birləri ilə danışacaqları bir layihə idi. Keçdiyimiz günlərdə bu layihənin xəritəsi paylaşıldı. İndi sadə bir internet kafe topologiyası ilə hardasa eyni olan bu layihə, o vaxtlar dünyanın ən inkişaf etmiş layihələrindən biri idi.



İlk olaraq ABŞ müdafiə nazirliyi tərəfindən istifadə edilənARPANET, 2 il sonra universitetlər arası əlaqə qurmaq üçün istifadə edilməyə başlandı. Sonra beynəlxalq bir texnologiyaya çevrildi və peyklər vasitəsi ilə istifadə edilməyə başlandı. 1980-ci ildə NSFNet adlı yeni hərbi bir layihəyə çevrildi. Elə o vaxtlar, hələ bugün də istifadə etdiyimiz TCP/IP protokolu yaradıldı. Beləcə kompüterlər bir birinə daha təsirli bir formada qoşula bildi.1989-da Tim Berners-Lee "World Wide Web”i ixtira etdi və günümüzdə istifadə etdiyimiz internet ortaya çıxdı.

technote.az

Administratorla əlaqə

077 611-55-22

[email protected]