Dünya

İranın məşhur generalı Hələbdə

17-12-2016, 20:39

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) general-mayoru, məşhur hərbçi Qasım Süleymani Hələbdə təxliyyə karvanına hücum zamanı bölgədə olub.Axar.az xəbər verir ki, mühafizəkarlara yaxınlığı ilə tanınan fardanews.com və alef.ir saytları Süleymaninin Hələbdə çəkilmiş görüntülərini yayıb.
Rejim dəstəkli silahlıların təxliyyə karvanına hücum etdiyi bir vaxtda iranlı generalın bölgədə olması diqqət çəkib.
Qeyd edək ki, İran generalı Seyyid Cavadın nəzarətindəki hərbi birliklərin dinc sakinlərə açdığı atəş nəticəsində 14 nəfərin həlak olub. Təxminən 800 nəfəri 5 saat saxlayan silahlılar hər kəsin üzərindəki əşyaları toplayıb qarşıdurma bölgəsinə geri göndərib.
S.Cavadın Suriyadakı fəaliyyətinə Q.Süleymani nəzarət edir.


Administratorla əlaqə

077 611-55-22

[email protected]