Gündəm

MTN-də döyülən qadın həbsxanada öldü

13-12-2016, 13:48
Azərbaycanda daha bir məhkum ölüb. Ölüm faktı  Penitensiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb. Orada müalicə alan, 49 yaşlı Ceyran Rüstəmova vəfat edib. Qeyd edək ki, C. Rüstəmova sahibkarlıq fəaliyyəti ilə məşğul olub. O,  2014-cü ildə dələduzluqda təqsirləndirilərək həbs edilib. Məlumata görə, C. Rüstəmova həbs edilən zaman onkoloji xəstə olub.

Onu da qeyd edək ki, C. Rüstəmova 2015-ci ildə Milli Təhlükəsizlik Nazirliyi ləğv edildikdən sonra "Yeni Müsavat”a məktubla müraciət edərək MTN əməkdaşları tərəfindən şantaj edildiyini bildirib. 

MTN əməkdaşları tərəfindən təhdid olunan C. Rüstəmova onlara 100 min manat pul ödədiyini açıqlayıb. 

Həmin məktub qəzetin 26 aprel 2016-cı il tarixli sayında "MTN-nin tutduğu qadın türmədən dəhşət dolu məktub yazdı” https://musavat.com/news/olke/mtn-nin-tutdugu-qadin-turmeden-dehshet-dolu-mektub-yazdi_342648.html ttp://musavat.com/news/olke/mtn-nin-tutdugu-qadin-turmeden-dehshet-dolu-mektub-yazdi_342648.html sərlövhəsi altında təqdim edilmişdi.

Həmin məktubdan sitat: 

"Bundan sonra məni MTN-in binasına apardılar. Orada MTN-in əməkdaşları dedilər ki, onlara Səkinə və  onun ailə üzvlərinin bildirdiyinə görə, mən qeyri-qanuni sahibkarlıqla məşğul oluram. Mən isə dedim ki, yalan deyirlər. Bu söz ağzımdan çıxmamış Əli adlı şəxs qolumun üstünə vuraraq hədə-qorxu gəlməyə başladı”.

Bu müraciətdən xeyli əvvəl, 2015-ci ilin oktyabrında C.Rüstəmovanın bacısı Kəmalə Rüstəmova dövlət qurumlarına şikayətlər yazaraq bacısnın ağır onkoloji xəstəliklərlə üz-üzə qaldığını, Türkiyədə əməliyyat edildiyini və kimyaterapiya ilə həyatda qaldığını bildirmişdi. Qeyd etmişdi ki, həbsxana şəraitində bacının müalicəsi effektiv deyil və onun ev dustaqlığına buraxılmasını istəmişdi. Təəssüf ki, bu baş vermədi və qadın həbsxana divarları arasında həyatını başa vurdu. 

E.MƏMMƏDƏLİYEV

Administratorla əlaqə

077 611-55-22

[email protected]