Siyasət

Benyamin Netanyahunun Azərbaycana səfəri başlayıb

13-12-2016, 13:27
Benyamin Netanyahunun Azərbaycana səfəri başlayıbİsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri başlayıb.
 
APA-nın məlumatına görə, onu həyat yoldaşı Sara Netanyahu müşayiət edir. Səfəri zamanı o, Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək. Görüşdə regional, həmçinin iqtisadi, təhlükəsizlik və diplomatik məsələlər müzakirə ediləcək. Daha sonra ətraf mühitin mühafizəsi, Yerusəlim məsələləri və irs naziri Zeyev Yelkin tərəfindən standartlaşdırma, ikiqat vergi və kənd təsərrüfatı sahəsində əməkdaşlığa dair razılaşma imzalanacaq.
 
Baş nazir Şəhidlər Xiyabanına ziyarət edəcək və memorial kompleksə əklil qoyacaq. O Azərbaycan təhsil naziri Mikayıl Cabbarovla birlikdə "Or avner” yəhudi icmasının təhsil aldığım təhsil kompleksinə səfər edəcək və yerli yəhudi icmasının nümayəndələri ilə görüşəcək.
 
Səfər bir gün davam edəcək. O Bakıdan Qazaxıstana yola düşəcək.

Administratorla əlaqə

077 611-55-22

[email protected]