İqtisadiyyat

DTX rəisi: “Dolların “qara bazar”a çıxarılması ilə bağlı cinayət işi başlanıb, saxlanılanlar var”

12-12-2016, 11:20
"Azərbaycanda dolların "qara bazarı" var idi, bununla bağlı dövlət başçısının tapşırığına əsasən məruzələr edirdim".

Xeberman.com-un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev deyib.

"Bununla bağlı cinayət işi qaldırılıb, bu istiqamətdə işlər davam etdirilir. Müəyyən adamlar saxlanılıb, müəyyən adamların isə adları keçir. Bu istiqamətdə bundan sonra da qətiyyətli addımlar atılacaq", - M.Quliyev əlavə edib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]