Siyasət

Mossad başçısı Azərbaycanla strateji tərəfdaşlıq barədə

11-12-2016, 23:31
Mossad başçısı Azərbaycanla strateji tərəfdaşlıq barədə

İsrail Mossadının başçısı Yosi Koen, bu həftə baş nazir Benyamin Netanyahunun Azərbaycana gələcəyini şərh edərkən bu səfərin çox vacib olduğunu qeyd edib.

Virtualaz.org xəbər verir ki, "Breakingisrailnews” nəşrinə müsahibəsində İsrail xüsusi xidmət orqanının rəhbəri səfərin İsrail üçün son dərəcə əhəmiyyətli olduğunu vurğulayıb.

 

Son bir neçə gün ərzində İsrail rəsmi səviyyədə iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlıq məsələsini qaldırıb və bununla bağlı ilkin danışıqlar aparılıb. "Ümid edirəm ki, yerdə qalan bir neçə gün ərzində qarşılıqlı anlaşma haqqında rəsmi memorandum mətninin son variantı hazırlanacaq və hər iki ölkənin ali vəzifəli şəxsləri tərəfindən imzalanacaq”, - Koen bildirib. Memoranduma əsasən, ölkələr təhlükəsizliyə dair əməkdaşlığı öhdəlik olaraq qəbul edirlər və İsrail Azərbaycanda müasir avadanlıq və inkişaf etmiş təhlükəsizlik sistemləri quraşdırır.

"Azərbaycan təhlükəsizlik xidmətinin əməkdaşları ilə ilkin razılaşmaya görə, Mossad bu ölkə ilə terrorçuluğa, dini ekstremizmə qarşı mübarizədə, çevrilişlərin aradan qaldırılması və çoxtərəfli regional ittifaqların qurulması sahəsində əməkdaşlıq edəcək. Bununla əlaqədar tərəflər arasında razılaşdırılıb ki, bir sıra təcrübəli Mossad zabiti Bakıda olacaq. Həmçinin mövsüm ərzində Təl-Əviv və Bakı arasında təhlükəsizlik məsələləri üzrə birgə iclaslar keçiriləcək”, - Mossad şefi fikrini yekunlaşdırıb.

Memorandumun məqsədi ilə bağlı sualı cavablandıran Koen əlavə edib: "Bu sənəd, şünhəsiz ki, Azərbaycanın xarici risklərə qarşı təhlükəsizliyini artıracaq və regionda iki ölkənin maraqlarını təmin edəcək”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]