Dünya

Türkiyədə seçkilərin vaxtı açıqlanıb

11-12-2016, 15:10
Türkiyədə seçkilərin vaxtı açıqlanıb

Türkiyədə prezident, parlament və bələdiyyə seçkilərinin nə zaman keçiriləcəyi barədə hakim partiyanın təklifi açıqlanıb.

Xeberman.com xəbər verir ki, hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyasının Konstitusiyaya dəyişiklik təklifində prezident və parlament seçkilərinin 2019-cu ilin noyabr, bələdiyyə seçkilərinin isə həmin ilin mart ayında keçiriləcəyi öz əksini tapıb.

Seçkilərin tarixindən başqa bir sıra mühüm müddəalar da bəlli olub. Dəyişikliyə görə, Türkiyə Böyük Millət Məclisinin üzvlərinin sayı 600-ə çatdırılacaq.

Bundan başqa, millət vəkili seçilmə yaşı 18-ə endirilir, ehtiyat millət vəkili seçmə mexanizmi yaradılır.

Müddəalardan biri isə Türkiyə prezidentinin partiya üzvü ola biləcəyi barədədir.

Milli Təhlükəsizlik Şurasının tərkibinin dəyişəcəyi, Jandarma Qüvvələrinin baş komandanının şuranın tərkibindən çıxarılacağı da layihədə öz əksini tapıb.

Qeyd edək ki, parlamentə göndəriləcək layihənin son variantı Milliyyətçi Hərəkat Partiyasına təqdim olunub. MHP layihəyə razılıq verdikdən sonra təkliflər parlamentin müzakirəsinə çıxarılacaq.

S.S.

Administratorla əlaqə

077 611-55-22

[email protected]