İqtisadiyyat

“O milyonlar hara xərclənib?” - Parlamentdə Artur Rasi-zadəyə çətin sual

8-12-2016, 17:06
“O milyonlar hara xərclənib?” - Parlamentdə Artur Rasi-zadəyə çətin sual

Milli Məclisin deputatı Bəxtiyar Əliyev parlamentin bu gün keçirilən iclasında baş nazir Artur Rasi-zadəyə müraciət edib.


Xeberman.com xəbər verir ki, o, deputatlar və digər kateqoriyadan olan insanlar üçün mənzillərin tikintisinə ayrılan pulların yoxa çıxdığını deyib: "Baş nazir Artur Rasizadənin 2006-cı ildə verdiyi sərəncamı ilə konpensasiya verilmək şərti ilə yüksək məbləğdə dövlət vəsaiti hesabına deputatlar üçün binaların tikilməsi nəzərdə tutulub. Üstündən 10 il keçib və dövlət büdcəsindən milyonlarla vəsait o şirkətlərə ayrılıb. Amma 10 il keçməsinə baxmayaraq, bu istiqamətdə iş görülməyib. Deputatlar üçün tikilməsi nəzərdə tutulan evlərə ayrılan pullar hara gedib? Ona görə də mən Baş nazirə buradan müraciət edirəm ki, araşdırmaların aparılmasına göstəriş versin. Nədənsə bu məsələ bu günə qədər öz həllini hələ də tapa bilmir”.


Milli Məclisin sədri Oqtay Əsədov isə B.Əliyevə cavab verib: "Bəxtiyar müəllim, siz 2002-ci ildə deputatlar üçün tikilən mənzillərdən danışırsınız? Orada növbədə olan deputatların 80 faizi ya pullarını, ya da mənzillərini alıblar. İndi də binanı başa çatdırırlar. Bina başa çatan kimi mənzil almayanlar da alacaqlar”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]