Reportaj

Restoranlar toy qiymətlərini qaldırdılar – SİYAHI

8-12-2016, 16:09
Restoranlar toy qiymətlərini qaldırdılar – SİYAHI

Devalvasiyanın hökm sürdüyü bir vaxtda üstəlik qazın və elektrik enerjisinin qiyməti də qalxıb.  Bazarlarda, marketlərdə isə məhsulların sadəcə üzünə baxmaq kifayətdir. Çünki qiyməti baha olan malları əldə etməyə pul çatmır.

Xeberman.com Modern.az-a istinadən xəbər verir ki, toy bazarında da vəziyyət yaxşı deyil. Bəzi restoranlar güzəşt limitini dondurub. Toy etmək istəyənlərin sayında müşahidə olunan azalma  restoran sahiblərini də hərəkətə gətirib. Menyuda qiymət artımı qaçılmaz olub.

"Hollivud” şadlıq sarayında toy etmək istəyənlər azalıb.

"Son aylarda toy etmək üçün müraciət edənlərin sayında azalma var. Əvvəllər hər gün restoranımızda toy olurdusa, indi əksinədir. Ona görə də menyuda qiymət artımı etmişik”.

"Su sonası” şadlıq sarayı da əhalinin toy ab-havasında olmadığı qənaətindədir.

"Sanki insanlar daha təmtəraqlı toy etmək istəmirlər. Qazın, işığın qiyməti də bir tərəfdən bahalaşdı. Hələ ki, menyuda qiymətlərlə bağlı dəyişiklik etməmişik. Görək, sonumuz necə olur?”

"Versal” sarayında da eyni vəziyyətdir.

"Əvvəllər restoranımızda toy edənlərə güzəştlərimiz olurdu. Ölkədəki bahalaşmadan sonra həmin güzəştləri ləğv etdik. Toy etmək istəyənlər azalıb. Bu da bizim restoranımıza təsirsiz ötüşməyib”.

"Monte Karlo” şadlıq sarayında da qiymətlər qalxıb.

"Menyuda qiymət artımı etmək fikrindəyik. Bütün şadlıq saraylarında əvvəlki vəziyyətdən əsər-əlamət yoxdur. Toy etmək istəyənlər azaldıqca, restoranları əvvəlki qiymətlərlə idarə etmək çətinləşir”.

"Neolit” şadlıq sarayında da toy etmək istəyənlərin sayı azalıb.

"Devalvasiya bir tərəfdən, qazın, işığın da bahalaşması o biri tərəfdən. Bütün restoranlara bunların təsiri var. Vəziyyət əvvəlki kimi deyil. Qiymətlərin qalxması menyuya da təsir edəcək”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]