Gündəm

“Reket”liyə görə daha bir “baş redaktor” saxlanılıb

7-12-2016, 23:44

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçirdiyi əməliyyatla bağlı daha bir "baş redaktor”un saxlanılması barədə məlumat yayılıb.

Lent.az-ın məlumatına görə, bu gün "Cəmiyyət” qəzetinin  və eyni adlı saytın baş redaktoru Asəf Novruzov saxlanılaraq istintaqa cəlb edilib.

A. Novruzov  "Azərbaycan” Nəşriyyatında saxlanıldığı bildirilir.
Qeyd edək ki, bu qəzet də Mətbuat Şurası tərəfindən "qara siyahı”ya daxil edilib.

Xatırladaq ki, son günlər DTX-nın keçirdiyi əməliyyat nəticəsində "Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və daha bir neçə nəfər, həmçinin "Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev də saxlanılıb.

Bununla bağlı açıqlamada bildirilib ki, qabaqcadan əlbir olan bir qrup şəxsin gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə qadınları digər şəxslərlə görüşdürüb münasibətlərinin gizli videoçəkilişlərini aparması, onları şantaj etməsi, habelə ayrı-ayrı şəxslər barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mütəmadi olaraq mətbu orqanlarda dərc etdirib bu fəaliyyətin dayandırılması müqabilində vətəndaşlardan külli miqdarda pul tələb edilməsi və alınması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplanılması barədə daxil olmuş müraciətlər Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) araşdırılarkən Azərbaycan ərazisində "reket” nəşrlər yaradıb, bu nəşrlərin jurnalistləri adı altında fəaliyyət göstərən bir qrup şəxs və onlarla şəbəkə halında əlbir olan digər şəxslərdən ibarət cinayətkar dəstənin silsilə cinayət əməlləri ifşa edilib, qanunsuz fəaliyyətlərinin qarşısı alınıb.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]