Ölkə

KXCP qazdan zəhərlənmələr və intiharlarla bağlı Baş Prokurorluğa və üç Nazirliyə sorğu göndərdi.

6-12-2016, 01:16

KXCP qazdan zəhərlənmələr və intiharlarla  bağlı Baş Prokurorluğa və üç Nazirliyə sorğu  göndərdi.Xeberman.com-un verdiy məlumata görə,05 dekabr 2016-cı ildə, Klassik Xalq Cəbhəsi Partiyasının İdarə Heyətinin yığıncağı keçirilmişdir. Yığıncaqda qərarların icra vəziyyəti, ictimai – siyasi vəziyyət, qarşıda duran vəzifələr və cari məsələlər müzakirə olunmuş, müvafiq qərarlar qəbul edilmişdir.

İdarə Heyətinin yığıncağında KXCP Ali Məclisinin növbəti sessiyasının - 24 dekabr 2016-cı il, saat 11:00-da Partiyanın mənzil qərargahında keçirilməsi qərara alınmışdır.

Yığıncaqda, 11 dekabr 2016-cı il saat 13:00-da 21 Azər Hərəkatının ildönümü ilə bağlı, Milli Hökümətin rəhbəri Seyid Cəfər Pişəvərinin məzarını ziyarət etmək haqqında qərar qəbul edilmişdir.

İdarə Heyətinin yığıncağında, son dövrlər qazdan zəhərlənmələr və intiharlarla bağlı müzakirələr aparılmış, baş verənlərdən narahatlıq ifadə edilmişdir. KXCP İdarə Heyəti, müzakirə olunan məsələ ilə bağlı Respublika Prokurorluğuna, Daxili İşlər, Səhiyyə və Fövqaladə Hallar Nazirliklərinə sorğu göndərilməsini qərara almışdır.

 

Mətbuat xidməti

Administratorla əlaqə

077 611-55-22

[email protected]