Gündəm / Müsahibə

Azər Ramizoğlu: Azərbaycan hökuməti ən çox dindarları qeyri-qanuni həps edir, öldürür,ağlasığmaz işgəncələrə məruz qoyur

4-12-2016, 21:17

Xeberman.comsaytının "Siyasi dəyərləndirmə” layihəsinin qonağı "QDEVAMM-ın ” sədri, hüquq müdafiəçisi Azər Ramizoğlu. Azər Ramizoğlu ilə QDEVAMM-ın tarixçəsindən, Beynəlxalq təşkilatların dindar vicdan məhbuslarını zəif müdafiə etməsinin səbəbi, Nardaran hadisəsinin baş verməsi, həmin hadisə zamanı həbs olunmuş insanların məhkəmə prosesi haqqında, probleminin həlli yolundakı açar və ümumi dəyərləndirmə barədə söhbət etdik;

 

 

Azər bəy QDEVAMMn tarixçəsindən bir balaca danışardız və yaranma səbəbi nə idi ?

 

 

 

Əsas səbəblərdən biri bu idi ki,hüquq mudafiəçiləri ilə hüququ pozulan dindarlar ünsiyyət yarada, onlara məram və məqsədlərini düzgün izah edə bilmirdilər ,onların da dindar siyasilərin məqsədləri haqqında heç bir məlumatı yox idi və təbii ki, bu onları qorxudurdu. İkinci bir səbəb isə, yerli hüquq müdafiəçilərinin əksərriyətinin o zamanlar xarici donor təçkilatlardan asılı olmasi idi.Belə vəziyyətdə dini etiqad azadlığını müdafiə edə bilən bir təşkilata ehtiyac böyük idi. Biz isə heç bir beynəlxalq və yerli təşkilatlardan asılı deyildik və tam müstəqil idik və 2000-ci ildə DEVAMM-i yaradmaq zəruri oldu.Təsis edəndən dərhal sonra isə biz hakimiyyətin qeyri-qanuni olaraq, xanımların pasportlara hicablı şəkil çəkdirmək huquqlarının əllərindən alınmasının əsassız olduğu üçün yerli məhkəməyə muraciət etdik. İlk prosesi udduq, lakin Onlar bu qərardan protest verdi ve həmin vaxt ali məhkəməyə qədər prosesi davam etdirdik.Məhkəmə proseslərini udurduq.Həmin vaxt şəxsiyyət vəsiqəsinə hicablı şəkil çəkilməsinə olunan qadağanı aradan götürmək üçün ali məhkəməyə qədər prosesi davam etdirdik. Çox təəsüf ki,prosesi Avropa məhkəməsinə qədər gətirib çıxarda bilmədik. 2003-cü ildə mən Azərbaycanı tərk etmək məcburiyyətində qaldım və işi Avropa məhkəməsinə gətirib çıxartmadılar.O dövürdə iqtidar bundan narahat oldu və Ədiliyyə Nazirliyi qeyri -qanuni olarag DEVAMM-ı qeydiyyata almaqdan imtina etdi.Biz Ədiliyyə Nazirliyinin bu qərarının da qeyri -qanuni olduğunu əsas gətirərək məhkəməyə muraciət etdik.Bu məqamda bir haşiye çixaraq qeyd etmək lazımdır ki, 2003 ilə qədər ölkədə indiki kimi hüquq sisteminin zorlanması ve nigelizmi yox idi və nazirliyin yüksək rütbəli məmurları bu prosesin onlar üçün çətin keçəcəyini anlayaraq, məhkəmənin hazırlıq iclasına gəldilər.Həmin iclasda onlar hakimin və vəkilimizin yanında mənə söz verdilər ki, bir ayın içində qeydiyyat məsələsini müsbət hell edəcəklər və xahiş etdilər ki, prosesi dayandıraq.Biz hakimin və vəkilin şahidliyi ilə verilən vədə qədər məhkəməni dayandırdıq,lakin nazirlik vədinə əməl etmədi və DEVAMM –ın qeydiyyatı Azerbaycanda mümkün olmadı.Buna görə də mən 2006 –cı ildə Gürcüstanda Qafqaz DEVAMM-ı təsis edib, bir heftəyə qeydiyyatdan keçirtdim ve rəsmi fəaliyyətə başladım. Keçək əsas məsələyə. Çox təəsüf ki, günü bu gün də,istər Nardaran hadisəsi zamanı həbs olunanlar , istər digər vaxtlarda həbs olunan dindarlar və rühanilər lazımı dərəcədə savadlı və səviyyəli müdafiə edilmir, dini azadlıqlarla bağlı konustutisiyada qanunsuz edilən dəyişiliklərə susurlar. Məncə belə bir vəziyyətdə QDEVAMM kimi bir təşkilatın Azərbaycanda fəaliyyəti ehtiyac hiss olunur.

 

Gələcək fəaliyyət istiqamətini necə görürsüz?

 

 

 

Bildiyimiz qədər Azərbaycan hökuməti başda müxalifət nümayəndələri kimi və mən deyərdim ki, ən çox dindarları qeyri-qanuni həbs edir, öldürür,ağlasığmaz işgəncələrə məruz qoyur.Etiqad azadlığının təmin etməli olan qanunları sərtləşdirir. Çox təəsüf ki,beynəlxalq təşkilatların da bu məsələyə adekvat reaksiyasi görünmür.Bunun da əsas səbəbini beynəlxalq ictimaiyyətin bu olanlarla bağlı heç bir informasiyaya malik olmamasında görürəm.Bu olanları yerli mətbuat yazır,onlar da ancaq Azərbaycan dilində yazırlar və bunu da ancaq özümüz oxuyuruq. Azərbaycanda baş verən hadisələri xarici dillərdə( rus, ingilis,fransız)və.s yazmaq lazımdı.Bunun üçün də biz əlimizdən gələni etməliyik ki, xarici dillərdə bu xəbərlər çıxsın.Çox təəsüf ki,bizim yerli mediyalar, məxsus müxalif mediyalar ingilis dilində yazmırlar.Sonrada deyirik ki,beynəlxalq ictimaiyyət bizi eşitmir, hakimiyyətin etdiklərinə göz yumurlar.Biz gərək onların anladığı dildə çatdıraq ki,ölkədə nə baş verir,sizin bəzi siyasətçiləriniz bizim diktator rejimindən rüşvət alır. Beynəlxalq ictimaiyyət bunu bilməlidir ki, ölkədəki hadisələrə adekvat reaksiya versin,və özlərinin rejimlə korrupsiya əlaqələrində olan siyasilərini cəzalandırsın. Bundan əlavə Beynəlxalq hüquq müdafiə təşkilatlarının təcrübəsindən yararlanmalıyıq,məsələn Amnesty İnternaitonal , Human Rights Watch və.s təşkilatların təcrübələrindən yararlanmaq və onlarla əməkdaşlıq etmək lazımdır.Rejimin cinayətləri ve ona havadarlıq edənlər barədə mümkün gədər geniş ictimaiyyətə və mütəmadi informasiya verməliyik.Bunu da təbii ingilis,fransız ,alman dilində deməliyik ki,həmin ölkələrin ictimaiyyəti bunu görsün, öz hakimiyyətlərinə təziq eləsin və cinayət tərkibi varsa,məhkəməyə verib cəzalandırsınlar.Biz digər ölkə başçılarını nə cəzalandıra bilərik ,nə də təziq edə bilərik.Bunu ancaq həmin ölkənin ictimaiyyətinin əli ilə edə bilərik.Həps olunan dindar qardaşlarımıza edilən işgəncələri,karsa salınmaqlarını,ağır şəraitdə öldürülmə faktlarını xarici dillərdə yazıb beynəlxalq təşkilatlara və mediyaya göndərməliyik.Əminəm ki, səviyyəli və savadli iş aparılsa ,bir il ərzində həm beynəlxalq ictimaiyyətin dəstəyini görəcəyik, həm də rejimə təzyiqlərin artmasını.Bunlardan əlavə həmin beynəlxalq təşkilatlara ,həmin beynəlxalq ictimaiyyətə çatdırmaq lazımdı ki,bu rejimin korrupsiyasının onların öz ölkələrinə də idxal olunmağını istəmirlərsə, süqutunu istəyirlərsə, mütləq dindarlarla əməkdaşlıq etməlidilər.Çünki bu məktəb şəhadət məktəbidi, məktəbin davamçıları ölümünə qədər mübarizə aparmağı bacarırlar.Bir çox müxalifət partiyaları korrupsoner Əliyev rejimi ilə əlaqəyə girib,leberallıq edirlər.Ona görə də 25 ildi bu rejim öz fəaliyyətini davam etdirir. Onları başa salmaq lazımdı ki, bu rejimlə mübarizə aparmaq istəyirlərsə ,dindar kəsimlə yaxından əməkdaşlıq etmək lazımdı.

 

 

Azərbaycanda vicdan məhbuslarının sayı durmadan artır. Məxsusda Nardaran hadisəsindən sonra bu say iki dəfə artıb. Azər bəy bu gedişin axırı hara gedir?

 

 

 

Bu gedişin axırı Azərbaycan hara gedirsə ,ora gedir, yeni uçuruma gedir ,özüdə gumbultuyla.İlkin etabda dindarları ,siyasətçiləri,hüquq müdafiəçilərini həbs etdikdən sonra digər sahənin insanlarınıda bu hakimiyyət həps edəcək.Bundan sonra Azərbaycan Suriyanın , İraqın ,Liviyanın və.s ölkələrin gününə düşəcəy.Vaxtında yəni,5 il bundan qabaq həmin ölkələrin ziyalıları, hüquq müdafiəçiləri,politoloqları,KİVləri öz ölkələrində baş verənləri doğru -düzgün beynəlxalq ictimaiyyətə çatdırsaydı orda vəziyyət bu cür olmazdı.Onların yerinə, mondialistlərin politoloqları və KİVləri öz istədikləri təbliğatı apardı, beynəlxalq ictimaii fikri öz istədikləri kimi formalaşdırıb həmin ölkələrə təcavüz etdilər və soydular.Nəticə də göz qabağındadı.Təbii ki, orda olan acınacaqlı vəziyyət qərb ölkələrinə də təsir edir.Misal üçün milyonlarla qaçqın gəlib Almaniyada, Fransada və.s qərb ölkələrinə köç edirlər,onların arasında elə İşidin öz adamları da var ,gəlib oralarda terror aktları həyata keçirirlər.Vaxtında beynəlxalq ictimaiyyətə düzgün informasiya və analiz çatdırılsaydı həmin ictimaiyyət öz ölkələrini də pis vəziyyətə qoyacaq bu cür təhlükəli agenturalara qarşı ciddi çıxış edərdi.Bizdə də bu cür olmasını istəmiriksə,korrupsoner rejiminin faliyyətindən, siyasətçiləri, dindarları,jurnalistləri həps etməsindən beynəlxalq ictimaiyyəti məlumatlandırmalıyıq.

 

Azər bəy QDEVAMM-ın Azərbaycanda fəaliyyəti yenidən bərpa olunur. Gələcək fəaliyyət istiqamətini necə görürsüz?

 

 

 

QDEVAMM-ın fəaliyyətini qurmaq üçün ilk öncə beynəlxalq ictimaiyyətlə yaxından əməkdaşlıq etməliyik,öz məramımızı və məqsədimizi onlara çatdırmalıyıq,bu bizim fəaliyyətimizin əsas məqsədidir.Biz ölkədə baş verən hüquq pozuntularını savadlı, analtik yazılarla beynəlxalq ictimaiyyətə öz başa düşdükləri dildə (ingilis,alman,fransız) və.s çatdırmalıyıq.Ölkədə baş verən hüquq pozuntuları ilə bağlı monitorinqlər keçirməliyik, nəticələri ilə bağlı ayda bir dəfə beynəlxalq ictimaiyyətə və KİV-ə çatdırmalıyıq.Monitorinq aparan insanlara treniqlər keçib,hüquqi savadlarını artırmalıyıq.Öz müstəqilliyimizi qorumaq üçün heç bir donor təşkilatdan maliyyə yardımı almamalıyıq. Bu bizim əsas prinsipimizdir ve yaratdığımız heç bir təşkilat iqtisadi cəhətdən heç bir donor təşkilatdan asılı olmayıb və beləliklə müstəqilliyimizi qorumuşuq.İstər İslam-İttihad cəmiyyəti, ister Cümə məscidinin dini icması və DEVAMM-2003 cu ilədək, istersə də QDEVAMM təşkilatları olsun heç bir qıraq təsisatdan maliyyələşməyib.

 

 

Azər bəy mənim sizə olan suallarım bitdi ,əlavə nəsə demək istərdiz?

 

 

 

Sizin sayıtınızın vasitəsilə Azərbaycan ictimaiyyətinə çatdırıram ki,rejimə qarşı mübarizədə,radikal olmaq lazımdır.Qanuni surətdə öz narazılığını bildirmək istəyərkən hökümətin polisi ona, qeyri -qanuni olaraq dəyənək vurursa,onun da həmin dəyənəyi alıb özünü qorumaq haqqı var. Çünki bunlarla başqa cür mübarizə aparmaq mümkün deyil. Bunun əyani subutu Gürcüstanda ve Ukraniyada oldu. Həmin vaxt xalq ayağa qalxdı,rejimin polisinə ölüm-dirim savaşı verdi və beynəlxalq ictimaiyyət onları dəstəklədi. Bizdə də bu cür olsa nəticəni görəcəyik. Çünki rejim xalqın seçimi ilə yox ,seçki saxtakarlığı ilə hakimiyyətə gəlirsə, xalqa qarşı mütəmadi cinayətlər törədirsə və xalq ayağa qalxıb hakimiyyəti devirirsə,bu, Azərbaycanın da qoşulduğu, beynəlxalq konvensiyalar, hüquq normaları ilə təsbit olunmuş, xalqın haqqıdır ve beynəlxalq ictimaiyyət xalqın yanında olacaq.

 

KKB-nin sosial şəbəkələrdəki trolları bir çox siyasi mühacirlərə deyirlər ki, niyə burada qalıb mübarizə aparmırsız?

 

 

 

Onlara da cavabım budur ki,onlar qulaqlarının dibini görsələr, həbsimizi də görərlər.Əvvəla hər bir şəraitin öz fərdi mübarizə formasi və

üsulu olur və elə məqamlar olub ki, Allah Tala öz Peyğəmbərinə və səhabələrinə də sonda düşmənə qalib gəlmək üçün mühacirəti vacib edib.İkincisi, bizdə də radikal formada rejimə qarşı mübarizə başlayan anda həmən siralarda olacam və rejimə qarşı radikal mübarizəmi davam etdirəcəm. Allahın izni ilə Azərbaycana ancaq rejimlə mübarizə aparmağa və rejimi devirməyə,bu yolda ölməyə gələrik tezliklə,həbs olunmağa yox.

 

Müsahibəni hazırladı: Polad Aslanov

Administratorla əlaqə

077 611-55-22

[email protected]