Ölkə
Neftçala rayon Bələdiyyəsində baş verən qanunsuzluqlar
2-12-2016, 22:27
Neftçala rayon Bələdiyyəsində baş verən qanunsuzluqlar barədə Xeberman.com saytına müfəssəl məlumatlar daxil olub.Həmin məlumatlarda bələdiyyə sədri Aydın Aslanovun qanunsuz əməllərindən söz açılır. Xeberman.com saytına məlumat verən şikayətçi Neftçala rayon sakini bildirir ki , Aydın Aslanov özünü bu posta toxunulmaz birisi hesab etdiyindən saysız hesabsız qanunsuzluqlara imza atır. Son zamanlar Neftçala rayon Bələdiyyəsi tərəfindən külli miqdarda maliyyə israfçılığına yol verilib, vətəndaşlardan bir xeyli pul alınması hesabına ayrı-ayrı şəxslərə qanunsuz torpaq sahələri satılıb. Bir sözlə, Aydın Aslanov dayısı Neftçala rayon Maliyyə idarəsinin rəisi Rəşid Manafova arxain olub rayonda at oynadır.Aydın Aslanov yeri göyü hədələyir ki, dayım Rəşid Manafov Neftçala rayon deputatı Arif Rəhimzadə ilə dostdur mənə kim nə edə bilər.İş o, yənə çatıb ki, Aydın Aslanov bir necə ay bundan əvvəl Neftçala rayon icra hakimiyyətinin başçısı İsmayıl Vəliyevi belə küçə söyüşləri ilə təqqir edib.Aydın Aslanov Neftçala rayon deputatı Arif Rəhimzadənin adından istifadə etməklə şəxsi maraqlarını təmin etməklə, büdcə vəsaitlərini təyinatdankənar xərclərə yönəltməklə məşğul olur.Neftçala rayon icra hakimiyyətinin başçısı İsmayıl Vəliyevin belə gücü çatmayan Aydın Aslanov ondan şikayət edənlərə bildirir ki, sizi içəri atdıraram bilirsiniz mənim dayım polis işçisidir.Saytımıza məlumat verən mənbə bildirir ki, Neftçala rayonunu özəlləşdirən Aydın Aslanov və dayısı Rəşid Manafov rayonu viran qoyublar.Mətbuatda dəfələrlə dayısı Rəşid Manafov un mülkləri barəsində yazılar yazılır.Bunun cavabında Rəşid Manafov yazı yazan sayt rəhbərlərinə bildirir ki, onlar mənim yox Samir Şərifovundur.Əlbətdəki Rəşid Manafov un dedikləri inandırıcı olmasada bu Malliyyə naziri cənab Samir Şərifovun adına xələl gətirir.
Gələn yazımızda Neftçala rayon maliyyə idarəsinin rəisi Rəşid Manafovun keçmiş MTN-nin Antiterror Mərkəzinin rəis müavini, polkovnik İlqar Əliyevlə dostluq əlaqələrindən yazı dərc edəcəyik.