Ölkə

Oqtay Şirəliyev üçün sillə kimi fakt: dövlət xəstəxanasında 5-10 manatlıq “şirinlik” – VİDEO

1-12-2016, 16:39
Oqtay Şirəliyev üçün sillə kimi fakt: dövlət xəstəxanasında 5-10 manatlıq “şirinlik” – VİDEOBakıda Xətai rayonunda yerləşən Respublika Neyrocərrahiyyə Xəstəxanasında rüşvət alan tibb işçisi kameraya düşüb. Cumhuriyyet.az baku.ws-ə-ə istinadən xəbər verir ki, xəstə yaxınının telefonla çəkdiyi kadrlarda tibb bacısı xəstə yaxınından "şirinlik” alır. 

Hətta 5 manatı az bilir, 10 istəyir. 10 manatlığı aldıqdan sonra isə üzr də istəyərək, təşəkkür edir.

Xəstə yaxını deyir ki, burada hər şey pulladır: "Pulun yoxdursa, xəstənə də baxmırlar. 

Həkimləri isə 5 – 10 manatla razı salmaq müşkül məsələdir. Baxmayaraq ki, bura dövlət xəstəxanasıdır”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]