Siyasət

Həbsdə olan tanınmış idmançıdan qardaşına dəstək

1-12-2016, 16:06
Həbsdə olan tanınmış idmançıdan qardaşına dəstəkXeberman.com xəbər verir ki, siyasi sifarişlə həbs olunan  karate üzrə ikiqat Avropa çempionu, beynəlxalq dərəcəli hakim Renad Əliyevdir. Maraqlısı budur ki, Renad Əliyevə narkotik satışı adı altında ittiham irəli sürülüb. Hefteaz.info-nun istintaqdan aldığı məlumata görə, tanınmış idmançı öz ifadəsində siyasi sifarişlə həbs olunduğunu bildirib. Renad Əliyev bunun səbəbini Almaniyada siyası sığınacaq alan Avropa Azərbaycanlıları Milli Birlik Şurasının(AAMBŞ) sədrinin birinci müavini Riyad Əliyevin Hakimiyyətə qarşı siyasi fəallığı ilə bağlıdır.Belə ki, son dövrlər həbsdə olan məşhur idmançının qardaşı Riyad Əliyev həm Avropada hakimiyyətə qarşı təşkilatçılıq etdiyi etiraz aksiyalarında, həm də sosial şəbəkədə  hakimiyyəti sərt tənqid etməsidir.Maraqlısı budur ki, həbsdə olan idmançı istintaqa verdiyi ifadələrdə hər zaman qardaşına dəstək nümayiş etdirib: "Siyasətçi olmasam da, mənə qarşı irəli sürülən bütün ittihamları rədd edirəm, qardaşıma görə həbs yatmağa hazıram, çünki onu haqqlı sayıram!”

Administratorla əlaqə

077 611-55-22

[email protected]