Ölkə / Foto Fakt

Tağı Əhmədovun yeraltı dünyasından qazandığı , yer üstü mülkləri……

30-11-2016, 18:24

Tağı Əhmədovun yeraltı dünyasından qazandığı , yer üstü mülkləri…… Bu gün saytımızın elektron poçtuna həbsdə olan general Akif Çovdarovun təqsirsizlik prezumsiyasını müdafiə edən məktub daxil olub. Uzun zamandır Çovdarov barədə Xeberman.com saytında dərc olunan yazıları nəzərə alaraq elektron poçtumuza daxil olunan  yazını qarşı tərəfin cavab haqqı kimi qəbul etdiyimizdən həmin məktubu olduğu kimi dərc edirik:  

Növbəti üzəduran korrupsioner məmurlar və cinayətkar şirkət rəhbərlərinin simasında əsas götürdüyümüz keçmiş Metropoliten rəisi Tağı Əhmədov haqqında olacaq. Bildiyimiz kimi aprelin 22-də istintaq zamanı üzləşmələrdə Səbail İcra Hakimiyyətinin hüquq şöbəsinin müdürü Hafiz Aberatovla, həmin rayonun keçmiş İcra başçısının qardaşı, Binəqədi Bələdiyyəsinin sədri və sair bu kimi bir neçə korrupsioner məmurlarla üzləşdirilib (qeyd: General-mayor Akif Çovdarovun işi üzrə bir dənə də olsun əli maliyə cinayətlərində olmayan zərərçəkmiş yoxdur). Bu zaman ən diqqət çəkəni isə zərərçəkmiş qismində üzləşdirilən keçmiş Metropolitenin rəisi Tağı Əhmədovdur. O, General Çovdarovun ondan nazirliyə 10 ədəd "Range Rover" markalı avtomobil alıb təhvil verməsi tələbi irəli sürdüyünü iddia edib. Rədd cavabı aldıqdan sonra generalın acıqlandığını, buna görə də Metropolitendə çalışan qohumları Elşən və Şövqünün (Tağı Əhmədovun qardaşı uşaqları) həbsinə göstəriş verdiyini bildirib. Həbs edilib təziq və işgəncə ilə onlardan Tağı Əhmədovun əleyhinə ifadələrinin alındığını deyərək şantaj edildiyini bildirib. Bu prosesdən sonra o 3 milyon dolları müxtəlif valyutalardan olan əskinaslarla oğlu Ruslan və qohumu Əli ilə generalın şəxsən özünə göndərdiyini ifadə edib. Bu hadisə onun dediyinə görə 2014-cü ildə baş verib. Müstəntiqin 3 milyonu haradan əldə etdin sualına isə öz ampulasında 44 illik əməkhaqqımı yığmışam deyərək cavablandıran Tağı müəllimə bir az acıdım. Bunları xırdalıqları ilə yazmaqda məqsədim niyə acıdığımı və niyə acımadığımı ifadə etməkdir. Hörmətli Tağı müəllim 44 ilə 3 milyonu əməkhaqqınla yığmısan demisən. Əvvəla ən məhşur riyaziyyatçıları da gətirsək, hansı riyazi hesablama ilə desən hesablasaq, 44 illik maaşınız 3 milyonun 3-də 1-ini doldurmur. Sonrası isə nə oğlunuzun adında olan Dubaydakı zavodunuzu (hansı ki, işsizlər ölkəsinin vəsaiti talanıb xaricə daşınır. Öz ölkəmizdə iaşə, eyş-işrət, başqa ölkələrdə istehsal müəssələri yaradılır. Beləliklə devolvasiya zamanı ölkəmizin iqtisadiyyatı çökür. İstehsalı olan ölkələrin isə dayanıqlığı artır. Bu əməli dolayı yolla dövlətə qarşı sabotaj kimi də qiymətləndirmək olar), nə Port Bakudakı qiyməti 2 milyon manata çatan 3 ədəd mənzilinizi, nə Badamdarda yerləşən "Şəhrizad" restoranınızı, nə onun yanındakı hektarlarla torpağınızı, nə Mehdiabaddakı 5 mərtəbəli tikib istifadə etmədən saxladığınız villanızı, nə Tibb Universitetinin arxasında inqilab küçəsi ətrafındakı villalarınızı, nə "Sahil Ticarət Mərkəzi"nizi, nə metronun üzərində inşa etdirdiyiniz nəhəng yaşayış kompleksinizi tikib qurmağa, nə də Nikoylbankdan elə 2014-cü ildə depozitdən geri çəkdiyiniz 10 milyonu yığmağa həmən "bezrazimer" maaşınız çatmaz. Sizin dilinizlə desək "burcutmayın" Tağı müəllim. Belə məqamda burcutmağın faydası yoxdur. Generalın sizdən aldığını iddia etdiyiniz vəsait dövlətin təhlükəsizliyi üçün istifadə olunmağa da xərclənmiş ola bilər. Sizin də yeraltı dünyanızda mənimsədiyiniz vəsaitləri, o vəsaitlər hesabına qazandığınız dövləti ,məhz sizin mənimsəməniz üçün qoruyan elə həmən generaldır. General Çovdarov olmasaydı yeraltı dünyanı, yeraltı biznesini sərbəst idarə edə bilməzdin. İndi dar gündə bu qədər sərvətiniz olduğu halda zərərçəkmiş şəxs kimi sizin üçün "5 qəpiyin" (3 milyonun) söhbətini eləmək burcudmaqdan başqa bir şey deyil. Sizin təbirinizcə desək 3 milyona görə burcudmayın cənab Tağı Əhmədov...

 

 
 
 Badamdarda yerləşən "Şəhrizad" restoranınızı, nə onun yanındakı hektarlarla torpağı
Tağı Əhmədovun yeraltı dünyasından qazandığı , yer üstü mülkləri……
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Sahil Ticarət Mərkəzi
Tağı Əhmədovun yeraltı dünyasından qazandığı , yer üstü mülkləri……
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Mehdiabaddakı 5 mərtəbəli tikib istifadə etmədən saxladığınız villa
Tağı Əhmədovun yeraltı dünyasından qazandığı , yer üstü mülkləri……
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tibb Universitetinin arxasında inqilab küçəsi ətrafındakı villala
Tağı Əhmədovun yeraltı dünyasından qazandığı , yer üstü mülkləri……
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tağı Əhmədovun yeraltı dünyasından qazandığı , yer üstü mülkləri……
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tağı Əhmədovun yeraltı dünyasından qazandığı , yer üstü mülkləri……

Administratorla əlaqə

077 611-55-22

[email protected]