Layihə

"Qərbi Azərbaycandakı (Ermənstandakı) tarixi abidələrimizi öyrənək və tanıdaq !!!" layihəsinin yekun təqdimatı keçdi

30-11-2016, 00:11
"Qərbi Azərbaycandakı (Ermənstandakı) tarixi abidələrimizi öyrənək və tanıdaq !!!" layihəsinin yekun təqdimatı keçdi
Bu gün noyabrın 29-da Media və Təhsil İnnovasiyaları Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Qərbi Azərbaycandakı (Ermənstandakı) tarixi abidələrimizi öyrənək və tanıdaq !!!" adlı layihəsinin yekun təqdimat tədbiri keçirildi.
Tədbirdə çıxış edən MTİM İB sədri, layihə rəhbəri tanınmış jurnalist Səidə Bahadur qızı Hüseynova 6 ay öncə başlanmış Layihə çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universitetində, Sumqayıt Dövlət Texniki Kollecində, Sumqayıt Dövlət Universitetində, Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət Pedaqoji Kollecində yaradılmış westazerbaijan.info saytının və Facebook sosial şəbəkədə "Qərbi Azərbaycan” adlı səhifənin təqdimatı uğurla başa çatdığını bildirdi. Qeyd etdi ki, Layihə əsaslı fundamental araşdırmalara söykənir. Keçirilən bütün tədbirlər videolentə alınıb, görüntülər KİV-lərdə işıqlandırılan məlumatlarda öz əksini tapıb. Geniş müzakirələr onu deməyə əsas verir ki, gənc nəsl layihəyə böyük maraq göstərdi, başlanılan işlərin davamlı olması üçün bizimlə əməkdaşlıq arzusunu ifadə etdilər. Təşkilatın "Həyatda- bilik, döyüşd- silah " devizinə uyğun hərəkatı başlayıb. Torpaqları işqal olunan ölkənin vətəndaşları informasiya savaşı dövründə əldə etdikləri tədqiqat materiallarını nəinki öz keçirdikləri tədbirlərində istifadə edəcək, eləcə də paylaşımlarla, geniş ictimaiyyətə çatdıracaqlar.
Layihə müddəti Plan üzrə bitsə də qarşıdakı illərdə 180 illik tariximizdə baş verən tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində işlər davam edəcək, sayt materiallarla zənginləşdiriləcək. 
Tədbirdə iştirak edən Azərbaycanın dəyərli alim-tədqiqatçılarından filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA Folklor İnstutunun şöbə müdiri, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Həsən bəy Zərdabi" və "Qızıl qələm" mükafatı laureatı, "Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyinin sədri Əziz Ələkbərli, AMEA Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qərbi Azərbaycan Elmi Araşdırmalar Mərkəzi” İctimai Birliyinin sədri Mirzə Ənsərli, layihənin eksperti politoloq Taleh Əliyev, "Xural” informasiya saytının rəhbəri, tanınmış jurnalist Əvəz Zeynallı, Şərqşünas alim Vüsal Hətəmov, "Bərabər İmkanlar” İctimai Birliyinin sədri Rafiq Tamrazov, şair Rəfail Tağızadə, ziyalılar Cahangir Mustafayev, Atlıxan Maqsudov və digər iştirakçıların çıxışlarında tarixi faktları təhlil etməklə yanaşı, indiyədək səslənməyən dəyərli təkliflər irəli sürdülər və layihənin davamlı olmasının zəruriliyini vurğuladılar. 
Tədbirə qatılan Sumqayıt Dövlət Texniki Kollecinin tələbələrindən Rüfanə Tağızadə layihəyənin inkişafına dəstək məqsədilə artıq İnstaqram səhifəsi yaratdıqlarını və "Qərbi Azərbaycan abidələri” adlı fotostend hazırlamağa başladıqlarını bildirdi. 
Bakı Dövlət Universitetinin tələbələrindən Kamran İsmiyev bir qrup tələbələrin saytdakı materialları xarici dillərə tərcümə etmək arzusunu ifadə etdi.
Müxtəlif peşə sahibləri və tələbə gənclər tərəfindən maraqla qarşılanan mövzunun vətənpərvərlik nöqteyi-nəzərdən, Azərbaycanın haqq mübarizəsində qələbənin təmin edilməsi baxımından gündəmdən düşməməsi çıxışlarda öz əksini tapdı. 

Xeberdar.net











 

Administratorla əlaqə

077 611-55-22

[email protected]