Əsas Səhifə / Layihə

Öz evində tənha yaşayan insanlara dəstək göstərildi

16-11-2016, 12:35
Birlikdən verilən məlumata görə, dörd ay müddətində davam edən layihə Bakının Binəqədi rayonunda həyata keçirilmişdir. Layihə çərçivəsində 40 nəfər könüllü 25 nəfər öz evində tənha yaşayan və sosial vəziyyəti qənaətbəxş olmayan və həyat şəraitləri aşağı səviyyədə olan insanları sosial işçilərlə və bələdiyyə üzvləri ilə birlikdə ziyarət etmişdirlər. Hər ahıla iki könüllü olmaqla, ziyarət zamanı göstərilən sosial xidmətin hansı səviyyədə təşkil olduğunu təhlil etmək məqsədilə (sosial xidmətin göstərilməsi üzrə standartlar - normativ hüquqi aktlarla sosial xidmət göstərilməsinin keyfiyyətini və həcmini müəyyən etmək baxımından ) ənənəvi sorğular keçirilmiş və anket doldurulmuşdur. Layihənin uğurlu nəticələrinin geniş kütləyə çatdırılması məqsədilə 01-02 noyabr 2016- cı il tarixlərində dəyirmi masalar təşkil olunmuşdur. İki gün ərzində "Royal Hotel"də keçirilən tədbirlərdə layihə iştirakçıları, könüllülər, sosial işçilər, bələdiyyə üzvləri, QHT, KİV və ictimaiyyət nümayəndələri iştirak etmişlər. Dəyirmi masa iştirakçılarına əyani vəsaitlər paylanmış və layihə çərçivəsində hazırlanmış sosial çarx nümayiş olunmuşdur.

Administratorla əlaqə

077 611-55-22

[email protected]