Əsas Səhifə / Foto Fakt

FHN Qəbələdə təlim keçirib – FOTO

13-10-2016, 18:07

 FHN Qəbələdə təlim keçirib – FOTO

Xeberman.Com Oxu.Az'a istinadən xəbər verir ki, komanda-qərargah təliminə fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev rəhbərlik edib.

Təlimin keçirilməsində əsas məqsəd komandir-rəis heyətinin fövqəladə hal nəticəsində yaranmış vəziyyətin operativ qiymətləndirilməsi, idarəetmə və fəaliyyətin təşkili sahəsində təcrübələrinin daha da artırılması, şəxsi heyətin peşəkar vərdişlərinin gücləndirilməsi, aidiyyəti yerli icra hakimiyyəti orqanları və FHN-in qurumları arasında qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi olub.

FHN-in 640 nəfərlik şəxsi heyəti və 110 ədəd texnikasının cəlb olunduğu təlim-taktiki cəhətdən mürəkkəb ərazidə və əlverişsiz hava şəraitində keçirilmiş, qarşıya qoyulan tapşırıqlar uğurla yerinə yetirilib.

Təlimi Avstriya Respublikası Federal Daxili İşlər Nazirliyinin yanğın üzrə ekspertləri və dağ alpinizmi üzrə mütəxəssisləri izləyib.

Təlimdən sonra nazir müavini Etibar Mirzəyev avstriyalı mütəxəssislərlə görüşmüş, həmçinin komanda-qərargah təliminin yekunları ilə bağlı müşavirə keçirilib.

Eltac Xudizade

FHN Qəbələdə təlim keçirib – FOTOFHN Qəbələdə təlim keçirib – FOTOFHN Qəbələdə təlim keçirib – FOTOFHN Qəbələdə təlim keçirib – FOTOFHN Qəbələdə təlim keçirib – FOTOFHN Qəbələdə təlim keçirib – FOTOFHN Qəbələdə təlim keçirib – FOTO  

 

Administratorla əlaqə

077 611-55-22

[email protected]