Əsas Səhifə / Elm

SUMQAYITDA BİR İLK, LONDON TƏCRÜBƏSİ - LLBS - FOTOLAR

15-12-2015, 16:33
SUMQAYITDA BİR İLK, LONDON TƏCRÜBƏSİ - LLBS - FOTOLAR

Sumqayıtda London Universitetlərinin tədris təcrübəsi əsasında fəaliyyət göstərən LLBS- London Language and Business School-un yeni ofisinin açılışı olmuşdur. Mərkəz ilk dəfə qeyri-universitet olaraq 1 illik "A-level Foundation" ingilis dili proqramının tədrisini həyata keçirəcək. Bu proqram imkan verir ki, 1 il ərzində istənilən şəxs ingilis dilini akademik səviyyədə öyrənsin və İELTS sertifikatı alsın. LLBS 10-dan artıq London Universitetini tərəfdaşıdır. Bu proqramı tam bitirən tələbələr 10-dan artıq London Universiteti tərəfindən heç bir imtahansız qəbul məktubu alacaqlar.
Tədbiri giriş sözü ilə LLBS-in direktoru Orxan Həsənov açmışdır. O İngiltərədə yaşadığı illərdə aldığı təhsil təcrübəsindən, Sumqayıt şəhərinə gətirmək istədiyi yeniliklərdən danışdı. Qeyd etdi ki, düzgün təhsil cəmiyyətin inkişafının ən düzgün yoludur, LLBS-in amalı insanlara düzgün təhsil verməkdir. Bunun üçün çox peşəkar, ingilis dilini və digər ixtisasları mükəmməl bilən kadrlar bir araya gətirilib.
Daha sonra tədbirə gəlmiş qonaqlar, müəllim və tələbələr öz ürək sözlərini demiş, növbəti illərdə LLBS heyətinə uğurlar arzılamışlar.
Qeyd edək ki, Mərkəzdə danışıq ingilis dili kursları, rus dili kursları, Mühasibat Uçotu kursu, ofis proqramları kursu, conversation klublar, gənclər üçün ödənişsiz fərdi inkişaf təlimləri keçiriləcəkdir.

Mərkəz hal-hazırda Sumqayıtın tam mərkəzində, Sülh Plazada (Mərkəzi Avtovağzalın yanı) yerləşir.
Əlaqə tel: 070 652 13 11

xeberman.com

SUMQAYITDA BİR İLK, LONDON TƏCRÜBƏSİ - LLBS - FOTOLARSUMQAYITDA BİR İLK, LONDON TƏCRÜBƏSİ - LLBS - FOTOLAR

Administratorla əlaqə

077 611-55-22

[email protected]