Əsas Səhifə / Layihə

“Karabakhmedia.az” 1 ili geridə qoydu

24-09-2016, 12:32

"Karabakhmedia.az” informasiya saytı 2015-ci ilin sentyabrın 23-də yaradılıb və müstəqil media orqanıdır. Məqsəd Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında obyektiv, qərəzsiz, neytral informasiyaların dünya ictimaiyyətinə çatdırılmasıdır. Həmçinin sayt Qarabağ müharibəsi, Azərbaycan torpaqlarının işğalı və xalqına qarşı soyqırım siyasətinin yürüdülməsi haqqında ətraflı məlumatlarlar yayır. Dünyanın ən qədim insan məskənlərindən biri olan Qarabağ regionunun tarixi, coğrafiyası, mədəniyyəti, ziyalıları, qəhrəmanları, folkloru, musiqisi , sosial inkişafı və digər sahələr barədə maraqlı müsahibələr, müəllif yazıları, araşdırmalar da təqdim olunur. Paralel olaraq sayt Azərbaycanda və dünyada baş verən ən son ictimai-siyasi, sosial və mədəni hadisələr barədə informasiya yayır. İctimai-siyasi analizlər, video görüntülər, proqnozlar təqdim edir.

Saytın rəhbəri Ramil Cəbrayıl "Karabakhmedia.az”-ın 1 yaşı ilə bağlı fikirlərini bölüşüb:

  • İşə başlayanda düşünürdük ki, Azərbaycanın internet məkanında öz dəsti-xəti olacaq obyektiv, dürüst, operativ xəbər portalı kimi fəaliyyət göstərmək bizim üçün heç də asan olmayacaq. Amma biz bütün çətinlikləri keçməyi bacardıq.

Bizə bu işdə dəstək olan millət vəkili Mahir Abbaszadənin çox böyük rolunun olmasını xüsusi olaraq qeyd edirəm və kiçik kollektivimiz adından öz təşəkkürümü bildirirəm.

Əsasən Qarabağın dərd-sərindən, qəhrəmanlarımızdan, şəhidlərimizdən yazan saytımız bütün çətinliklərə baxmayaraq, qısa bir müddətdə kifayət qədər oxucu auditoriyası toplamağı bacardı. Bu gün "Qarabağ Media” adlı facebook səhifəmizin 30 minə qədər izləyicisi var.

Saytımıza mənəvi dəstək olan, bizimlə əmakdaşlıq edən bütün şəxslərə, həmçinin oxucularımıza öz təşəkkürümü bildirirəm.

Gazanfar Huseynova, İbrahim Mirzeyevə, Arif Məmmədliyə, Orxan Cəbrayıla, Elnur Elturkə, Elnur Türksoya Araz Yaquboğluna ən səmimi və hərarətli təbriklərimi çatdırıram.

 

Xeberman.com  olaraq "Karabakhmedia.az” saytının  çalışanlarını bu əlamətdar gün münasibətilə təbrik edir, böyük məsafələr qət etməsini arzulayırıq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]