Əsas Səhifə / Maraqlı

Sabaha olan hava proqnozu

21-09-2016, 13:06

Sabaha olan hava proqnozu
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən
 Xeberman.com-a verilən məlumata görə, sabah paytaxt və yarımadada güclü şimal-qərb küləyi axşam mülayimləşəcək.

Abşeron yarımadasında havanın temperaturu gecə 19-21, gündüz 23-27, Bakıda gecə 19-21, gündüz 25-27 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 760 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80, gündüz 55-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu gecə 16-21, gündüz 25-30, dağlarda gecə 9-14, gündüz 15-19 dərəcə isti olacağı gözlənilir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]