Əsas Səhifə / Maraqlı

Bugünə olan hava proqnozu

19-09-2016, 13:10

Bugünə olan hava proqnozuEkologiya və Təbii Sərvətlər Nazirliyindən Xeberman.com -a verilən məlumata görə, mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək.   

Havanın temperaturunun gecə yarımadada 17-20° isti, gündüz 26-30° isti, Bakıda gecə 18-20° isti, gündüz 28-30° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunundan 757 mm civə sütununa enəcək. 

Nisbi rütubət gecə 70-80%, gündüz 50-60% təşkil edəcək.          

Tibbi-meteoroloji proqnoza əsasən, sentyabrın 20-21-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.

Gündüz ayrı-ayrı yerlərdə arabir güclənən cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20° isti, gündüz 27-32° isti, dağlarda gecə 7-12° isti, gündüz 17-22° isti olacağı gözlənilir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]