Əsas Səhifə / Maraqlı

Sabaha olan hava proqnozu

18-09-2016, 12:50

Sabaha olan hava proqnozu
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Xeberman.com -a verilən məlumata görə, şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 17-20° isti, gündüz 25-29° isti, Bakıda gecə 18-20° isti, gündüz 26-28° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 75-85 %, gündüz 55-65% təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, sentyabrın 19-da hava şəraiti əsasən yağmursuz olacaq.

Lakin gecə və səhər bəzi yerlərdə duman olacağı, şərq rayonlarında qısamüddətli yağış yağacağı gözlənilir. Gündüz ayrı-ayrı yerlərdə arabir güclənən cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 15-20° isti, gündüz 25-30° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-20° isti olacağı gözlənilir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]