Əsas Səhifə / İdman

Azərbaycanlı üzgüçüsü ikinci medalını qazanıb

18-09-2016, 10:38

Azərbaycanlı üzgüçüsü ikinci medalını qazanıb
Xeberman.com Oxu.Az - a istinadən xəbər verir ki, üzgüçümüz Dmitri Saleh 50 metr məsafəyə sərbəst üsulla yarışların finalında məsafəni 24,29 saniyəyə qət edərək ikinci olub.

Xatırladaq ki, onun qoşulduğu təsnifat mərhələsində finaladək on doqquz üzgüçü üç qrupda mübarizə aparıb. İlk qrupda çıxış edən D.Saleh məsafəni 24,40 saniyəyə üzərək birinci olub.

Atletimiz bundan əvvəl Rio Paralimpiadasinda 100 metrə brass üsulla üzmədə gümüş medal qazanıb.

Bu, Azərbaycanın paralimpiya yığmasının sayca 11-ci medalıdır. Komanda 1 qızıl, 8 gümüş və 2 bürünc qazanıb. Yığmamız komanda hesabında 47-ci yerdə qərarlaşıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]