Əsas Səhifə / Analitika

Ordinari: Roma Papasının səfəri tolerant ölkə kimi Azərbaycana hörmət əlamətidir

14-09-2016, 13:42

Xeberman.com Report-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycandakı Roma Katolik Kilsəsinin ordinarisi Vladimir Fekete Roma Papasının Bakıya edəcəyi səfərlə bağlı keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, Azərbaycan və Vatikan arasındakı münasibətlər müsbətdir və qarşıdakı səfər əlaqələri yeni səviyyəyə çıxarmağa yardım edəcək.

Qeyd edək ki, Roma Papası Azərbaycana oktyabrın 2-də gələcək. Papanın Bakıya səfəri Bakirə Müqəddəs Məryəm Katolik Kilsəsində dua oxuması ilə başlayacaq. Ardından Vatikan başçısının Azərbaycan Prezidenti İlham Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin rəhbərliyi, Bakıdakı Rus Pravoslav Kilsəsi və yəhudi icmasının nümayəndələri ilə görüşü planlaşdırılıb.

Elə həmin gün axşam Papa Vatikana qayıdacaq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]