Əsas Səhifə / Texnologiya

Rabitəçilər gücləndirilmiş iş rejimində işləyəcəklər

9-09-2016, 16:53

Milli.Az Trend-ə istinadən bildirir ki, rabitə şəbəkələrinin fasiləsiz işini təmin etmək üçün dövlət operatorlarının telekommunikasiya qovşaqları bayram günlərində gücləndirilmiş rejimdə işləyəcəklər.

Nazirlik telefon xətlərinin və borcu olan abonentlərin (onların müraciəti əsasında) fasiləsiz işini təmin etməyi tapşırıb.

Operatorların bütün struktur bölmələrinə mümkün problemlərin təcili aradan qaldırılması üçün təhlükəsizlik xidmətini gücləndirmək və regional qəza briqadalarını hazırlıq vəziyyətinə gətirmək tapşırığı verilib.


Administratorla əlaqə

077 611-55-22

[email protected]