Əsas Səhifə / Elm

Rezidenturaya qəbulun nəticələrini açıqlandı

8-08-2016, 19:24

Rezidenturaya qəbulun nəticələrini açıqlandı
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016/2017-ci tədris ili üçün rezidenturaya qəbulun nəticələrini açıqlayıb.

Xeberman.com -a TQDK-dan verilən məlumata görə, iki mərhələ üzrə keçirilən qəbul imtahanlarının nəticələrinə əsasən, müsabiqədə iştirak edən 374 namizəddən 365 nəfəri təhsilini rezidenturada davam etdirmək hüququ qazanıb. Onlardan 95 nəfərini oğlanlar, 270 nəfərini qızlar təşkil edir. 244 namizəd cari ilin, 121 namizəd isə əvvəlki illərin məzunudur.
Nəticələri TQDK-nın internet saytından və ya iş nömrəsini mobil telefonla 7727 nömrəsinə göndərməklə öyrənmək olar.

Qəbul olan namizədlərin siyahısının və ixtisaslaşmalar üzrə formalaşmış keçid ballarının əks olduğu "Rezidentura” jurnalının 4-cü sayının elektron versiyasını (pdf formatında) avqustun 9-dan TQDK saytının "Elektron xidmətlər" bölməsində "TQDK nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz (Xidmətə keçid:https://eservices.tqdk.gov.az/ejurnal/).

Rezidenturaya qəbul olanlar tələb olunan sənədləri avqustun 9-dan 15-dək olan müddətdə müvafiq quruma- Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinə qəbul olan şəxslər Müdafiə Nazirliyinə, Naxçıvan Dövlət Universitetinə qəbul olmuş şəxslər Naxçıvan Dövlət Universitetinə, Azərbaycan Tibb Universitetinin mülki ixtisaslarına və digər tibb müəssisələrinə qəbul olan şəxslər isə Səhiyyə Nazirliyinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Namizədin bu müddətdə qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtinası kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından çıxarılacaq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]