Əsas Səhifə / İslam

“Dini radikalizmə qarşı mübarizə tədbirlərinin təşkili” layihənin icrası başa çatıb -FOTO

27-07-2016, 16:54

“Dini radikalizmə qarşı mübarizə tədbirlərinin təşkili” layihənin icrası başa çatıb -FOTO

Xeberman.com  xəbər verir ki, qəsəbələrdə keçirilən tədbirlərdə "Gələcək və İnkişaf” Gənclər İctimai Birliyinin fəalları və könüllüləri ilə yanaşı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, Ağdam Rayon İcra Hakimiyyəti Başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Mehman Mustafayev, rayon Gənclər və İdman İdarəsinin rəisi Elnur Əhmədov, ziyalılar, din xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Layihənin icrası zamanı iştirakçılara radikal dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması, onlara qarşı effektiv mübarizə aparılması və dini maarifçilik işinin düzgün metodlarla təşkili istiqamətində məlumat verilib, həmçinin gənclərin milli mənəvi ruhda tərbiyə edilməsi və düzgün maarifləndirilməsinin əhəmiyyətindən, onların radikal təsirlərdən qorumağın yollarından bəhs edilib.

Keçirilən tədbirlərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında çəkilən, dini radikalizmlə mübarizənin dini, psixoloji, hüquqi, siyasi və mənəvi tərəflərinin işıqlandırıldığı "Fitnə” sənədli filmi nümayiş edilib və film ətrafında müzakirələr aparılıb. Tədbir iştirakçılarına maarifləndirici kitabçalar paylanıb.

Layihənin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]