Əsas Səhifə / Müsahibə

İmam Museyi Kazım (ə) həyatına bir baxış

25-05-2014, 16:18

Hicri təqvim ilə rəcəb Ayının 25 İmam Museyi Kazimin (ə) şəhadəti günü olması ilə əlaqdər dini yazar, Məsum Jurnalının Təsiscis və Gənc fikir ictimayi biriliyin sədir Polad Aslanovdan sayt olaraq müsahibə götürürük

Polad müəllim ilk olaraq İmam Museyi Kazım (ə) həyatı haqqinda qısa olaraq məlumat verməyinizi xahiş edirik

O Həzrətin adı Musa, ləqəbi Kazim, anası Həmidə adlı çox fəzilətli bir qadın, atası isə altıncı İmam Həzrət Sadiq olmuşdur. İmam Kazim hicrətin 128-ci ilində Mədinənin yaxın kəndlərindən biri olan Əbva adlı bir yerdə dünyaya gəlmiş, hicrətin yüz səksən üçüncü ,başqa bir versiyaya görə isə yüz səksən altıncı ilində şəhid olmuşdur.

Polad Müəllim İmam Museyi Kazım (ə) necə oldu imam oldu ?

On iki imam şiələrinin nəzərində qəti və danılmaz bir məsələdir ki, hər bir imamın imamətinin təyin və isbat olunmasının yollarından biri özündən əvvəlki imamın onu aşkar bəyan etməsi, həmçinin adi insanların öhdəsindən xaricdə olan suallara cavab verməsi və sınaqdan keçirilməsidir. Çoxlu aşkar bəyanlar və rəvayətlər də İmam Kazim (əleyhis-salam)-ın imamətini isbat edir.

Xüsusi olaraq oxuyuclar üçün bu rəvayyəti gətirəm ki , Əbdül-Əla, Feyz ibni Muxtardan belə nəql edir: İmam Sadiq (əleyhis-salam)-ın hüzuruna gəlib dedim: “Əlimdən tut və məni cəhənnəm odundan xilas et! Buyurun sizdən sonrakı imam kimdir?” Bu zaman Musa ibni Cəfər (əleyhis-salam) yeniyetməlik çağlarında idi. O, otağa daxil oldu. İmam Sadiq (əleyhis-salam) oğlu Musaya işarə edərək buyurdu: “Bu məndən sonra sizin imamınızdır, ona iman gətirin!”

İmam Miseyi Kazım (ə) İmamət barəsində son bir qeydi deyim ki, imam 54 il ömür sürüb və bu illərdən 35-ini müsəlmanlara imamlıq edib.

İmam Museyi Kazım (ə) dövründə siyasi vəziyyət necə idi ?

Hicrətin yüz qırx səkkizinci ilində İmam Sadiq şəhid olduqdan sonra İmam Kazimin İmamlıq dövrü başlamışdır. O Həzrət İmam olduğu bu otuz beş il ərzində Mənsur Dəvaniqi , Məhdi adı ilə tanınmış Məhəmməd , Hadi , Harun xəlifələr dövründə yaşayış və imamlıq etmişdir : İmam Museyi Kazımın imamlığ dönəmində bu dörd xəlifə dünya malı toplamaqda, israfçılıqda, hərəmsəra düzəltməkdə, mahnı oxuyan qadınları və rəqqasələri öz ətrafına yığmaqda məşhur idi. İmam və Bəni-Haşim seyidlərinə qarşı son dərəcə qəddarlıqla düşmənçilik aparır və onları fiziki cəhətdən məhv etməyə çalışırdı. İmam Musa ibni Cəfər (əleyhis-salam)-ı dəfələrlə qaranlıq zindanlarda həbs edilməsi və onun Sindi ibni Şahikin əli ilə zindanda şəhid edilməsi bu düşmənçiliklərin ən bariz nümunələrindən biridir.

Polad Müəllim İmam Museyi Kazım (ə) öz imamlığı dövüründə nə kimi faliyyətlər göstərə bildi bu ağır şəraitdə ?

O dövrün vəziyyətinə nəzər saldıqda məlum olur ki, Mənsur hökumətinin əvvəlcədən üzərində nəzarəti olan hər hansı bir qəti iş və proqramı həyata keçirmək məsləhət olmamışdır. Buna görə də, İmam Kazim atasının tutduğu elmi yolu davam etdirərək böyük elm ocağı (lakin İmam Sadiqin təşkil etdiyi elm ocağından kiçik) yaradıb tanınmış elmli və fəzilətli şəxsiyyətləri yetişdirməyə başlayır.

Seyyid ibn Tavus yazır: "İmam Kazimin xüsusi dostlarından böyük bir qismi və həmçinin, Bəni-Haşim qəbiləsinin böyük şəxsiyyətləri o Həzrətin ətrafına yığışaraq onun dürəfşan kəlamlarını, suallara verdiyi cavabları və irəli çıxan məsələlər haqqında verdiyi hökmləri qeyd edirdilər"

Seyyid Əmir Əli yazır: "Hicrətin yüz qırx səkkizinci ilində İmam Sadiq Mədinə şəhərində vəfat etdi. Ancaq xoşbəxtlikdən onun təşkil etdiyi elm ocağı bağlanmadı, əksinə o Həzrətin canişini – oğlu İmam Kazimin rəhbərliyi sahəsində bu elm ağacı öz parlaqlığını daha da qorudu.

Musa ibn Cəfər öz dövrünün bütün alimlərini heyrətə gətirməklə yanaşı, həm də əxlaqi dəyərlər və ali insani sifətlər baxımından da ad çıxarmışdı. Belə ki, o Həzrətin iftixar dolu həyatı ilə tanışlığı olan alimlərin hamısı onun əxlaqı qarşısında baş əyirlər.

Polad Müəllim bir balacada İmam Museyi Kazım (ə) bildiyimiz qədər onun üç qızı övladı doğma Azərbaycanımıza gəliblər və müqqədəs məzarı yaşadığımız Bakı şəhərindədir bu barədə nə deyə bilərsiniz.

İmam Musa ibni Cəfər (əleyhis-salam)-ın iyirmi üç övladı var idi. Əvvəlcə onların adlarını qeyd edəcək, sonra hansıların nəslinin davam etməsini deyərik. Onların adları belədir:
Mücab adı ilə məşhur olan İbrahim Əsğər Mürtəza, Məhəmməd Abid, Əbdüllah, Abbas, İsmail, Cəfər Xari, İshaq, Həmzə, Əbdür-Rəhman, Əqil, Qasim, Yəhya, Davud, Süleyman, Əhməd, Fəzl, Həsən, Hüseyn, Zeydnar, Übeydullah, İbrahim Əkbər, Harun və Ömər (İbni Şədqəmin “Töhfə” kitabında nəqlinə əsasən).
İmamın qızları
Fatimə Kübra, Fatimə Suğra, Rüqəyyə, Həkimə, Ümmü Əbiha, Rüqəyyə Suğra, Külsüm, Ümmü Cəfər, Lübabə, Zeynəb, Xədicə, Əliyyə, Amənə, Hüsnə, Bərihə, Ümmü Sələmə, Məymunə, Ümmü Külsüm.
Bəzi alimlər digər övladların da adını çəkmişlər ki, biz ixtisara riayət etmək üçün onları qeyd etmirik.
İmam Museyi-Kazımın (ə) qızlarından Həzrəti Həkiməxanım Bibiheybetdə, Həzrəti Rəhimə xanım Bakının Nardaran, Həzrəti Leyla xanım isə Bilgəh kəndində dəfn edilib. 1257-ci ildə dünyasını dəyişən Həzrəti Həkimə xanım heç vaxt ailə həyatı qurmayıb, bütün ömrünü qardaşı uşaqlarına həsr edib.Bu məscidin adını eşidəndə hamıya maraqlı gəlir ki, bura niyə məhz “Bibiheybət” adlanır. Düşmənlərinə xəbər çatmasın deyə, Hacı Bədir Həzrəti Həkimə xanımın əsl adını gizlədir, ona “bibi” deyə müraciət edir. “Bibiheybət”, yəni “Heybətin bibisi” deməkdir. O, imamın nəvələrini və Həzrəti Həkimə xanımı bütün qalmaqal, dediqodu, təqib və zülmlərdən qorumağı bacarır. Hacı Bədir öz arzusu ilə xanımın məzarının ayaq tərəfində və hündürlük baxımından aşağı səviyyədə dəfn edilib. Bu, onun Həzrəti Həkimə xanıma olan hörmət və sayğısından irəli gəlir.

İmam Museyi Kazım (ə) necə oldu şəhid oldu ?
Harun öz hakimiyyəti dövründə hesab edirdi ki, İmam Museyi-Kazim (ə) böyük var-dövlətə sahib olub, öz ətrafına müxalif qüvvələri toplayacaq. Əhalinin böyük hissəsinin öz xüms və zakatlarını İmama (ə) verdiklərini xəlifə çox yaxşı bilirdi. Bu səbədən, Harun Mədinəyə səfəri zamanı İmam Kazimi (ə) həbs etmək qərarına gəlir. Mədinə valisinə tapşırıldı ki, İmam (ə) Bəsrəyə göndərilib, orada həbs olunsun. Bir il Bəsrə zindanında qaldığı müddətdə İmam Kazim (ə) Bəsrə valisini öz əxlaqı və mənəviyyatı ilə o qədər təsirləndirmişdi ki, vali xəlifənin İmamı (ə) öldürmək əmrinə qarşı çıxdı. Bundan sonra xəlifənin tapşırığı ilə İmam Kazimi (ə) Bağdada aparıb burada həbsdə saxladılar. Zindanın rəisi Bəsrə valisi kimi İmamın (ə) mənəviyyatının təsirinə düşərək, xəlifədən o Həzrətin (ə) başqa zindana köçürülməsini xahiş etdi. Zindanların dəyişilməsinin səbəbi bundan ibarət idi ki, Harun zindan qarovulçularından İmamı (ə) öldürmələrini tələb etdikdə, onların heç biri bu işi görməyə razı olmurdu. Üçüncü zindanın məsulu Sind (lən) İmamı (ə) zəhərləməyə razı oldu və hicri 183-cü ildə 55 yaşında İmam Musa ibn Cəfər Kazim (ə) şəhadətə çatdı.

Harun yalançı şahid gətirməklə çalışdı ki, İmamın (ə) zindanda öz əcəli ilə öldüyünü isbat etsin və bu hiylə ilə həm özünə bəraət qazandırsın, həm də İmamın (ə) tərəfdarlarının üsyanının qarşısını alsın. Lakin onun bu hiyləsi baş tutmadı və nəhayət, Harunun qohumlarından olan Süleymanın cəhdləri nəticəsində Bağdadda üsyan baş verdi ki, bu da İmamın (ə) mütəhhər mübarək bədəninin gizlincə dəfn edə bilməmələrinə, eləcə də Harunun özünün dəəzadarlara qoşularaq dəfn mərasimində iştirak etmək məcburiyyətində qalmasına səbəb oldu. Nəhayət, İmam Musa Kazim (ə) xalqın matəm vəəzası altında İraqda, Kazimeyndə torpağa tapşırıldı. O Həzrətin (ə) məzarı bu gün də müsəlmanların ziyarətgahıdır.

Polad Müəllim öz dəyərli vaxtiniz sərf edib saytımıza müshaibə verdiyinizə görə təşəkkürüm bildirirəm çox sağolun və sonda bu gün munasibəti ilə əlaqdər oxuyuclarımıza tövsiyyənizi eşitmək maraqlı olardı.

Başda İmam Zaman (ə) olmaqla bütü şiyələri İmam Museyi Kazım (ə) şəhadəti münasibət ilə əlaqdər baş sağlığı verib və Allahdan arzu edirəm ki, İmam Museyi Kazım (ə) ziyarətini bizlərə nəsib etsin və axirətdə şəfahətindən binəsib etməsin amin.

Samir Aslan

Administratorla əlaqə

077 611-55-22

[email protected]