Əsas Səhifə / Elm

755 nəfər imtahana gəlməyib.

2-07-2016, 23:21

755 nəfər imtahana gəlməyib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 30-da orta ümumtəhsil müəssisələrinin 9 və 11-ci sinif şagirdləri üçün keçirilən buraxılış imtahanlarının nəticələrini açıqlayıb.

TQDK-dan Xeberman.com -a verilən məlumata görə, imtahanlar Gəncə, Daşkəsən, Şəmkir, Göygöl, Samux, Gədəbəy, Qazax, Ağstafa, Tovuz, Şamaxı, Qobustan, Mingəçevir, Naftalan, Goranboy, Şəki, Zaqatala, Balakən, Qəbələ, Qax, Oğuz, İsmayıllı şəhər və rayonlarında yerləşən orta məktəblərin buraxılış siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada keçirilib.

9-cu sinif üzrə imtahanda iştirakı nəzərdə tutulan 24268 şagirddən 399 nəfəri imtahana gəlməyib.

11-ci sinif üzrə isə imtahanda iştirakı nəzərdə tutulan 20954 şagirddən 356 nəfəri imtahana gəlməyib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]