Əsas Səhifə / Yaşam

Dünyamızın içindəki fərqli Dünya

12-03-2014, 16:14


Dünyamızın içindəki fərqli Dünyadan danışmışdım sizlərə.görünüşcə yaşam qüsürlu amma həyat dolu, yaşam həvəsli gənclərdən və onların daha inamla, həvəslə həyatla mübarizəsinə təkan verməyə çalışan Layihədən biridə Araz Əhmədovla Rahim Rəhimovun birgə əmk sərv etiyi layihədən yazıram sizlərə--Layihə davam edir və çox maraqlı, intelektual səviyyədə həyata keçirilir.09. 03 .2014 tarixində layihə iştirakçılarıyəni fiziki əlil sayılan gənclər Araz bəyin təşkilatçılığı ilə,Qala qəsəbəsindəki14 -15- ci əsr yaşam tərzini təsvir edən Qala Abidə kompleksinə gəzintiyə gəzdilər .Məqsəd ilk növbədə bu gənclərin diqqətdən kənar olmadıqlarını anlamaları idi,və onların fiziki qüsurlarını nəzərə alaraq tam rahat getmələri üçün şərait yaradılmışdı..gənclər çox həvəsli görsənirdilər,yol boyu maraqli söhbətlər gedirdi,ötən seminardan muzakirələr aparılırdı və nəhayət ki çatdıq.ilk dəfə idi ki, bu abidə kompleksində olurdum və mənimçün çox xoş keçdi.Düzdür Şəki xan sarayını görən biri üçün yenilik olmadısa da mühit, o gənclərin yanında olmaq,maraqlı söhbətlər gəzintiyə ləzzət qatdı...
Mən bu gənclərin adlarını bir-bir və həvəslə qeyd etmək istəyirəmbilirsiz niyə?ən azından ona görə ki, onlar özlərini sınmış ya da iradəsiz-həyata dözümsüz saymırlar.onlar mubarizdirlər, iradəlidirlər, sevinclidirlər--öz dünya görüşləri, öz sevincləri var.onlarçün xəstəyəm deyib də evin bir küncündə qalmaq yoxduronlar bizimlə həyyatın sınaqlarıyla üzbəüzdürlər....Natiq,Əli,Murad, Şamxal,Paşa,Fariz,Kamran,Fariz yene Murad,Mustafa,Sadiq,Əli və iki qizcığaz daha.....

Bax bütün bu gənclər görünüşcə ya da fiziki əngəlli sayılsalar da onlar heç də bizdən fərqlənmədilər ,tarixi abidələr haqqında öyrəndilər, suallar verdilər, bildiklərini danışdılar, maraqlı şəkillər çəkdirdilər..........
Bu arada Tanrının mübarək qullarından biri haqqında yazmaq istəyirəm sizlərə.Validə Ana haqqında........Validə xanım sözün həqqiqi mənasında Əsl Ana qayğısı göstərirdi hər birimizə,O bu əlil gənclərin hər birinin problemlərini bilir və onların hər bir ilə söhbətlər apararq onlara daima kömək olur. Validə xanım, haqqıda ayrıca olaraq yazacam sizlərə çünki bele Analarımız, igid Azərbaycan qadınlarımız həmişə bizim fəxrimizdirlər,amma onun bir sözünü indi qeyd etmək istəyirəm.Əlil insan yaşamamlıdır?? Əlil insan həyata küsməlidir??- əsla--Tanrı bizləri necə yaradıbsa qane olub, həyata sevinclə, davam etməliyik, həyatı maraqla sürməliyik, lazımı müalicələri almaqla və Tanrının köməyi ilə Var olmalıyıq İnşallah!........

Biz hamılıqla Qala Abidə kompleksini gəzdik, marqlı məlumatlar öyrədik və coxlu maraqlı şəkillər cəkdirdik ,çalşdıq ki, bu gencləri bir gün də olsa sevindirək, onalra tək olmadıqlarını anladaq...
gəzintidən qayıdanda Araz bəy, yenə gənclərə surpriz etdi.hamı gəzməkdən yorulmuşdu və acımışdıvə Araz,bəyin tanınmış restoranlardan birində açdığı süfrə tam yerinə düşdü.bu dəfədə ,deyə-gülə süfrə arxasında söhbətləşmək çox maraqlı oldu.
Bir sözlə bu günü hamılıqla çox şən,maraqlı,xoş keçirtdik,və ümid edirəm ki, çox şeylər öyrəndik , ən ümdəsi xoş münasibət və mehribançılıq ,məncə bunlar hər bir xəstəliyin sagalmasının ilkin şərtləridir.
Layihənin təşkilatçılarına təşəkkür edirik və Əlil qardaşlarımıza da şəfalar diləyirik.Tanrı yardımcınız olsun!

Aytən Səfərova

Administratorla əlaqə

077 611-55-22

[email protected]