Əsas Səhifə / Yaşam

Tənha Həyat

11-03-2014, 19:05
Günümüzün reallqlarından biri haqqında xəbər vermək istəyirəm sizlərə Bəli nə qədər inkişaf etmiş bir ölkə olsaqda ,nə qədər Allaha, Qurani -Kerim inanmışlardan kimi göstərsək də özümüzü amma bilmədiyimiz, saymadığımız ,görüb keçdiyimiz və hesabı bizlərdən sorulacaq elə hallar var ki, insanı dəhşətə gətirir. Mən də çalışdım bacardığım kimi sizlərə çatdırım bu haqda ki, bəlkı köməyi toxunan tapılar artıq bir aydır bəlkə də çox müddətdir ki, təxminən 40 yaşlarında bir kişi Şərifzadə 192 saylı binanın arxasından keçən istilik sisteminə aid olan trubaların üstündə məskunlaşıb.sözün həqiqi mənasında bu insan 24 saatını o trubların üstündə keçirir və nə yediyi də, göz qabağındadır--çirkli bir torbada qurumuş çörək parçaları.......Ruhi xəstəsdir ,ya həyatından küskün biridir deyə bir məlumatımız yoxdur, çünki heç danışmır ,bütün günü dizlərini qucaqlayıb bükülmüş halda keçirdir.mən çox pis hiss edirəm bu mənzərəni görəndə--axı insan bu vəziyyətə necə düşə bilər, saçları uzanmış halda çox cirkli vəziyyətdə geyim cırıq-cırıq,insandır amma heyvanlara xas həyat tərzi keçirdir.bu mənzərəni seyr etmək çox acınacaqlıdır hara kimə müraciət edək bilmirəm,Xalqa ımamüraciət edirəm kimin köməyi çatır necə kömək etmək olar bu insana bir tədbir görək axı insan gözümüzün qarşısında məhvə doğru gedir, necə göz yummaq olar buna? hər kəsdən xaiş edirəm kömək etmək imkanı olanlar ya da aidiyyatı təşkilatlarla əlaqə saxlama imkanı olanlar bu zavallı insana, Allahın bir quluna kömək etməyə tələsin.... Allah yar və yardımcınız olsun İnşallah!

Aytən Səfərova

Administratorla əlaqə

077 611-55-22

[email protected]