Əsas Səhifə / Mədəniyyət

Həkim-yazarlar axtarılır

30-03-2016, 23:39
 Həkim-yazarlar axtarılır
 
Tanınmış ədəbi yazarların təşəbbüsü ilə "HƏKİM-YAZARLAR" layihəsi çərçivəsində yeni bir ilkə imza atılıb. Yeni layihə həkim-yazarların yaradıcılıqlarını bir araya gətirməkdən ibarətdir. Belə ki,
azərbaycanlı həkim-yazarlar haqqında "ONLARIN QİSMƏTİ" adlı yeni bir kitab çapa hazırlanır. 

Həkim-şair Əfrahim Hüseynlinin müəllifliyi ilə çapa hazırlanan kitab layihədə iştirak etmək istəyən həkim-yazarların yolunu gözləyir.

Layihədə iştirak etmək istəyən hər bir həkim-yazar bir şəkil, tərcümeyi-hal və 15-ə qədər şeir və ya bir hekayə göndərə bilərlər. 
Elektron ünvan: [email protected]
Əlaqə telefonu: 050-325-98-43

Administratorla əlaqə

077 611-55-22

[email protected]