Əsas Səhifə / Yaşam

Kəlbəcər köçkününün fəryadı

8-03-2014, 18:22
Kəlbəcər köçkününün fəryadı

Hörmətli Redaksiya!

Sizə Azərbaycan Respublikasının Vətəndaşı, Kəlbəcər rayon sakini və məcburi köçkün kimi müraciət edirəm.
Ümid edirəm ki, konstitusion və mülkiyyət hüquqlarım pozulduğu üçün, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Baş Naziri Cənab Artur Rəsizadəyə, Azərbaycan Respublikasının Baş Prokuroru Cənab Zakir Qaralova, Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi cənab Kamran Əliyevə və “Azərsu” ASC-nin sədri Cənab Qorxmaz Hüseynova müraciət etdiyim ərizə və teleqramlar cavabsız qaldığı üçün, Siz mənə köməklik edəsiniz.
XAHİŞ EDİRƏM:
Sizə yazdığım məktuba əlavə etdiyim ərizəni qəzetinizdə və internet saytınızda işıqlandırılmasına icazə verəsiniz.


Hörmətlə, Mürsəlov Zamin
****

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev

Surəti: Azərbaycan Respublikasının Baş Naziri Cənab Artur Rasizadə

Surəti: Azərbaycan Respublikası Baş Nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Cənab Əli Həsənova

Surəti: Azərbaycan Respublikasının Baş Prokuroru Cənab Zakir Qaralova

Surəti: Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi
Cənab Kamran Əliyevə

Surəti: Azərbaycan Respublikası “Azərsu” ASC-nin sədri Cənab Qorxmaz Hüseynova

Kəlbəcər rayon Yanşaq kəndində qeydiyyatda olan
Faktiki ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Hüseynov küç., məh. 1061, ev 7, mənzil 195-də yaşayan məcburi köçkün Mürsəlov Zamin Saqi oğlu tərəfindən


Ə R İ Z Ə
Möhtərəm Prezident!
Sizə Azərbaycan Respublikasının vətəndaşı, Kəlbəcər rayon sakini və məcburi köçkün kimi müraciət edirəm.
Yazıb Sizə məlumat üçün bildirirəm ki, Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi Azərbaycan Respublikası Prezidentinin 972 saylı 25 avqust 2005-ci il tarixli sərəncamı və Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2006-cı il büdcəsi barədə 346 saylı 28 dekabr 2005-ci il tarixli Fərmanı əsasında həyata keçirilmişdir.
Nazirlər Kabinetinin 42S saylı 24 fevral 2006-cı il tarixli Sərəncamı əsasında “Azərsu” ASC sözügedən su kəmərinin çəkilişi ilə əlaqədar Sifarişçi olaraq müəyyən olunmuşdur.
2010-cu il tarixdən “Azərsu” ASC-nin sədrinə mülkiyyət hüquqlarımın pozulması ilə bağlı ərizə ilə müraciət etsəm də cavabsız qalmışdır. Xahiş edirəm mənim ərizəmin icrasını Prezident Administrasiyasında araşdırılmasına icazə verəsiniz. Çünki Faktlar, Sənədlər və Sübutlar “Azərsu” ASC-də düzgün araşdırılmır. Bütün ərizə və teleqramlarımın icrası “Azərsu” ASC-də əvvəl Arzuman Abbasova, sonra Hüquq Departamentinin Hüquqşünası Rasim müəllimin icraatına daxil olsa da mülkiyyət hüquqlarım bərpa olunmamış və mənə qanuni cavab verilməmişdir.
“Azərsu” ASC mənim konstitusion və mülkiyyət hüququmu öz vəzifələrindən sui-istifadə edərək kobud şəkildə pozmuşlar.
“Azərsu” ASC sədr müavini Cənab Seymir Seyidov 29.10.2013-cü il tarixdə mənə bədii ədəbiyyat və nağıl sözləri ilə yazılmış cavab məktubunda bildirmişdir ki, Azərbaycan Respublikasının Baş Naziri Cənab Artur Rəsizadəyə mülkiyyət hüququnun pozulması ilə bağlı müraciət məktubu ünvanlanmışdır.
Birincisi: “Azərsu” ASC nəyə görə Azərbaycan Respublikasının Baş Naziri Cənab Artur Rəsizadəyə ünvanlanmış məktubun ilini və qeydiyyat nömrəsini yazmamışdır?
İkincisi: Baş Nazirə mənim Konstitusion və Mülkiyyət Hüququmu pozmamışdan əvvəl niyə müraciət olunmayıb?
Üçüncüsü: “Azərsu” ASC-ti mənim mülkiyyətimdə olan torpaq sahəmdən niyə qanunsuz istifadə edir?
Dördüncüsü: Mülkiyyət hüququmu pozduğu üçün mənə kompensasiyanı (pulu) “Azərsu” ASC-ti niyə ödəməməlidir?
Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi zamanı, Abşeron rayonu, Hökməli qəsəbəsində sahəsi0.05 hatorpaq sahəsinə olan mülkiyyət hüququm pozulmuş, həmin torpağın üzərində olan fərdi yaşayış evim, daş hasarım və dəmir darvaza qanunsuz olaraq “Azərsu” ASC-ti tərəfindən zəbt olunmuş və sökülmüşdür.
Azərbaycan Respublikasının Konstitusiyası və Dövləti mənim mülkiyyət hüququma təminat verdiyi halda, “Azərsu” ASC-ti mülkiyyət hüququmu pozduğu üçün təəccüb edirəm.
23.10.2013-cü il tarixdə “Azərsu” ASC-nin sədri Cənab Qorxmaz Hüseynova məni qəbul etmək barədə teleqrama göndərsəm də məni qəbul etmədi.
“Azərsu” ASC-nin Hüquq Departamentinin rəhbəri Cahangir müəllimlə və Cənab Arzuman Abbasovun köməkçisi Şahinə xanım ilə telefon əlaqəsi saxlasam da məni qəbul etməsini xahiş etsəm də məni qəbul etmədilər.
Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfiondən müdafiə olunur.
Konstitusiyanın 29-cu maddəsində deyilir ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
XAHİŞ EDİRƏM
Mənə Azərbaycan Respublikasının Konstitusiyası və Dövləti tərəfindən mülkiyyət hüquqlarıma təminat verildiyi üçün və mülkiyyət hüququm “Azərsu” ASC tərəfindən pozulduğu üçün, konstitusion və mülkiyyət hüquqlarımın bərpa olunmasında, kompensasiyanın “Azərsu” ASC-ti tərəfindən verilməsində köməklik edəsiniz.
Cənab Prezident! Sizin Sərəncamınızı icra etməyən, qanunlarımızı pozan öz vəzifələrindən sui-istifadə edən vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasında mənə köməklik edəsiniz.


İmza: Mürsəlov Zamin Saqi oğlu

Administratorla əlaqə

077 611-55-22

[email protected]