Əsas Səhifə / Siyasət

Fatma Əliyeva: “Binəqədidə baş verən hadisə bütün Azərbaycanın kədəridir”

21-05-2015, 08:47

Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Fatma xanım Əliyeva Bakıda ölümlə nəticələnən məlum yanğın faciəsində həlak olanların yaxınlarına başsağlığı verib, xəsarət alanlara isə Allahdan şəfa diləyib.
Partiya sədri bildirib ki, baş verən faciə DADP-ni bərk sarsıdıb: “Faciənin səhəri günü DADP üzvləri hadisənin baş verdiyi binanın önünə gül dəstələri qoyaraq, hadisə zamanı həlak olanların xatirəsini yad ediblər. Biz bir daha Azərbaycan xalqına başsağlığı veririk. Çünki bu dərd təkcə orada həlak olanların, xəsarət alanların yaxınlarının dərdi, kədəri deyil, bizim kədərimizdir”.
F.Əliyeva yanğın hadisəsinə dövlət nəzarətinin gücləndirilməsini, Azərbaycan prezidenti və xanımının hadisənin baş verdiyi yerə getməsi, prezidentin təcili göstərişi ilə Dövlət komissiyasının təşkili və komissiyanın iclasında səsləndirdiyi fikirləri, müvafiq orqan rəhbərlərinin əhalinin təhlükəsizliklərinin təmini ilə bağlı təxirəsalınmaz işlərin görülməsi göstərişini təqdirəlayiq hal hesab edib.
Qeyd edək ki, mayın 19-da səhər saatlarında Binəqədi rayonunun Azadlıq prospektində yerləşən binada 16 mərtəbəli binanın fasadının alışması nəticəsində yanğın qısa zamanda bütün binanı əhatə edib.
Səhiyyə Nazirliyi açıqlama vermişdi ki, yanğın zamanı 16 nəfər ölüb, 54 nəfər isə yaralanıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]