Əsas Səhifə / Siyasət

Fatma Əliyeva: “Avropa Parlamentinin bu qərarı bütün Avropanın demokratik imicini ləkələyib

21-04-2015, 15:18

Demokratik Azərbaycan Dünyası Partiyası (DADP) Avropa Parlamentinin qondarma “erməni soyqırımı”nı tanıyan Qətnaməsini pisləyən bəyanat yayıb.
Bəyanata bildirilir ki, Avropa Parlamentinin qəbul etdiyi sənəd heç bir hüquqi, siyasi və tarixi əsasa söykənmir.
Bəyanatda qeyd olunur ki, bu sənəd bir daha Avropa Parlamentinin ikili standartlardan əl çəkmədiyini sübüt edir. Avropa daim yalnız öz mənafeyi naminə hadisələrə qiymət verdiyi üçün onlardan ədalətli bir qətnamə də gözləmək dögru olmaz.
O da vurğulanıb ki, Avropa Birliyi və Avropa Parlamenti, hər zaman Azərbaycan və Türkiyəyə qarşı qərəzli və düşmənçilik mövqedə olub. Roma Papasının və ardınca ermənipərəst Avropa Parlamemtinin qondarma və uydurma erməni soyqırımını qəbul etməsi, əvvəla bu təşkilat və qurumların hara və kimə xidmət etdiyini açıq şəkildə göstərir.
Bəyanatda o da qeyd olunub ki, bu qətnamənin qəbul edilməsi hazırda Avropada, Qərbin təşəbbüsü ilə yaradılan əksər beynəlxalq qurumlarda, o cümlədən və xüsusilə Avropa Parlamentində ikili standartlar və islamofob əhval-ruhiyyə hökm sürdüyünü göstərir.
Bu qətnamə Avropa Parlamentinin timsalında bütün Avropa təşkilatlarının demokratik imicinə, nüfuz və etibarına xələl gətirib.
DADP sədri Fatma xanım Əliyevanın fikrincə, Avropa Parlamentinin bu qərarı təkcə o qururmun deyil, bütün Avropanın demokratik imicini ləkələmiş olur: “1915-ci il hadisələri uzaq keçmişdir və Osmanlı imperiyasının belə bir qətliam törətməsi faktını təsdiq edən heç bir qaynaq yoxdur. Türkiyə dünyaya bu “soyqırımın” araşdırılması komissiyasının yaradılması təklifini verib. Ermənilər isə buna etiraz ediblər, çünki özləri də bilir ki, bu uydurma soyqırım tarixi faktlarla sübüt etmək mümkün olmayacaq. Sadəcə yalan üzərində qurulmuş bir iddiaları səsləndirən və siyasiləşdirən Avropa Parlamentinin öz məkrli maraq və məqsədi var. Heç bir fakta və sübuta əsaslanmayan saxta soyqırım iddiasını orataya atıb qəbul edənlər, Türkiyənin əleyjinə fikir səaləndirlənlər, Türkiyədən torpaq təzminatını tələb edənlər nədən 1918-ci il 31 mart soyqırımından, bütün dünyanın gözü önündə baş vermiş əsrin faciəsi olan Xocalı soyqırımını dilə gətirmirlər?”.
Avrasiya.net

Administratorla əlaqə

077 611-55-22

[email protected]