Əsas Səhifə / Siyasət

DADP tədbir keçirib – “Tarixin qanlı tarixi” – VİDEO

1-04-2015, 11:56
DADP tədbir keçirib – “Tarixin qanlı tarixi” – VİDEO
Martın 30-da Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Demokratik Azərbaycan Dünyası (DADP) Partiyası “Tarixin qanlı tarixi” adlı tədbir keçirib. Tədbirdə elm xadimləri, ziyalılar, partiya üzvləri və digər şəxslər iştirak edib.
DADP-nin icraçı katibi Mehriban Sadıqova tədbirin aparıcısı kimi çıxış edib. O, konfrans iştirakçılarına 31 Mart Soyqırımı haqqında ətraflı məlumat verib.
Daha sonra tədbir iştirakçıları 31 Mart qırğınında öldürülən insanların ruhunu bir dəqiqəlik sükutla yad ediblər.
DADP-nın sədri Fatma Əliyeva çıxış edərək deyib ki, 31 Mart soyqırımının statistikası bu bəşəri cinayətin dəhşəti haqqında kifayət qədər aydın mənzərə yaradır. Belə ki, hadisələr zamanı Bakı, Şamaxı, Muğan, Quba və Lənkəranda 50 min azərbaycanlı xüsusi amansızlıqla qətlə yetirilmiş, 10 minlərlə insan öz torpaqlarından qovulmuşdur. Təkcə Bakıda erməni terrorçuları tərəfindən öldürülənlərin sayı 30 minə çatmışdır. Azərbaycanın tarixi ərazisi olan İrəvan quberniyasında 1920 ev yandırılmış, 131 min 900 nəfər isə qətlə yetirilib:
“Bütün bu cinayətlərə beynəlxalq ictimaiyyətin laqeyd münasibəti, erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı növbəti soyqırım və deportasiya aktlarının törədilməsinə stimul verən əsas amillərdən biri olmuşdur. 1917-22-ci illər ərzində təkcə İrəvan Quberniyasının azərbaycanlı əhalisinin sayının 375 min nəfərdən 1922-ci ildə 70 min nəfərə qədər azalması, 1948-ci ildə yüz min nəfərdən çox azərbaycanlının Ermənistandan deportasiya edilməsi dünyanın bütöv bir xalqa qarşı həyata keçirilən zorakılıq siyasətinə biganəliyinin nəticəsidir” deyə, Fatma Əliyeva bildirib.
“Tarixin qanlı tarixi” adlı konfransda Orxan Muxtarlının “Əsirlər” tamaşası oynanılıb. Rolları Gənc Tamaşaçılar Teatrının aktyorları Vahid Oruc və Roza İbadova ifa ediblər.
Tarixi araşdırmalar qurumunun sədri Ramin Əlizadə, həmin mərkəzin nümayəndəsi Anar Hüseynov, DADP-nin müşaviri Dilarə Əliquliyeva, aktyor Midhət Aydınov, politoloq Kamil Bədəlov, DADP-nin İdaloji məsələlər üzrə müavini İmanqulu Nağıyev
və digər şəxslər çıxış edərək 31 Mart Soyqrımının Azərbaycan tarixinə qanlı hərflərlə yazıldığı diqqətə çatdırıblar.
Tədbirin sonunda xatirə şəkli çəkdirilib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]